Vəzifəli xanım İŞDƏN ÇIXARILDI
30 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
30.10.2026, 11:25
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılacaq. Bu haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti olacaq, 10 faiz dərəcə ilə vergi tutulacaq. Özəl məhkəmə ekspertləri vergi orqanlarına bəyannamə verəcəklər. Özəl məhkəmə ekspertləri özəl məhkəmə ekspertlərinin fəaliyyətinə görə onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməli, hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaq, gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
"Tibbi sığorta haqqında" qanuna tıklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri sığortalı qismində özləri çıxış edəcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
12:21 / 30 Oktyabr 2026
1
12:15 / 30 Oktyabr 2026
35
11:55 / 30 Oktyabr 2026
72
11:45 / 30 Oktyabr 2026
64
11:35 / 30 Oktyabr 2026
63
11:28 / 30 Oktyabr 2026
113
11:27 / 30 Oktyabr 2026
230
11:18 / 30 Oktyabr 2026
73
11:13 / 30 Oktyabr 2026
81
11:10 / 30 Oktyabr 2026
126
11:05 / 30 Oktyabr 2026
393
11:02 / 30 Oktyabr 2026
94
10:56 / 30 Oktyabr 2026
92
10:52 / 30 Oktyabr 2026
75
10:43 / 30 Oktyabr 2026
84
10:40 / 30 Oktyabr 2026
421
10:39 / 30 Oktyabr 2026
70
10:19 / 30 Oktyabr 2026
79
09:58 / 30 Oktyabr 2026
84
09:57 / 30 Oktyabr 2026
97
09:56 / 30 Oktyabr 2026
86
09:52 / 30 Oktyabr 2026
546
09:31 / 30 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.