Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
257
28.10.2026, 14:00
Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
Oxu24.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi" panel sessiyasında deyib.
QMİ sədri vurğulayıb ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələrin tarixində bu il Papa XIV Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə olub:
"Dini mərkəzlərimiz arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz İftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Mütəmadi iştirak etdiyimiz qlobal platformalarda - Böyük İyirmilik sammitləri ərəfəsində keçirilən Dinlərarası forumlarda, Dünya və Ənənəvi Dinlərin liderlərinin Astana qurultaylarında, Dinlər Sülh Uğrunda təşkilatının illik toplantılarında və digər mötəbər tədbirlərdə mədəniyyətlərarası dialoqun ayrılmaz tərkib hissəsi olan dinlərarası dialoq və əməkdaşlıq işinə öz töhfəmizi veririk. Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir".
A.Paşazadə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki məscidlərlə yanaşı, kilsələrin də bərpa olunduğunu vurğulayıb:
"Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğı və himayəsinin, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür".
Onun sözlərinə görə, Azərbaycan bölgədə sülh istiqamətində səylərə rəğmən, erməni kilsəsi, erməni diasporu və onların havadarlarının davam edən ksenofob, revanşist, separatçı hədyanları və nifrət çağırışlarının öhdəsindən gəlmək iqtidarındadır:
"Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. Biz, xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdırlar. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir".
17:59 / 17 Noyabr 2026
48
17:49 / 17 Noyabr 2026
53
16:51 / 17 Noyabr 2026
94
16:34 / 17 Noyabr 2026
108
16:29 / 17 Noyabr 2026
98
16:21 / 17 Noyabr 2026
112
16:12 / 17 Noyabr 2026
102
15:57 / 17 Noyabr 2026
111
15:43 / 17 Noyabr 2026
118
15:12 / 17 Noyabr 2026
132
15:07 / 17 Noyabr 2026
125
14:52 / 17 Noyabr 2026
153
14:35 / 17 Noyabr 2026
171
14:15 / 17 Noyabr 2026
137
14:02 / 17 Noyabr 2026
170
13:57 / 17 Noyabr 2026
158
13:45 / 17 Noyabr 2026
167
13:24 / 17 Noyabr 2026
142
13:22 / 17 Noyabr 2026
190
12:58 / 17 Noyabr 2026
168
12:55 / 17 Noyabr 2026
168
12:43 / 17 Noyabr 2026
167
12:25 / 17 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.