Sabah Azərbaycanda QAR YAĞACAQ
30 Oktyabr 2026, 01:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
30.10.2026, 01:02
Əməliyyatların böyük həcmi və bu köçürmələrdən qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar kartdan-karta köçürmə əməliyyatlarına limitlər tətbiq ediblər.
Oxu24.com-un məlumatına görə, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bəzi şəxslərin yaşlı insanların və pensiyaçıların adına ödəniş müqabilində kartlar açdıraraq onlardan qanunsuz fəaliyyətlərdə istifadə etməsi halları müşahidə olunur. Bir şəxsin eyni kart məhsulu üzrə bir neçə kart əldə edərək əməliyyat dövriyyəsini onların arasında bölüşdürməsi hallarına da rast gəlinir.
Taleh Kazımov deyib ki, əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər.
O, limitlərin tətbiqindən sonra əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi barədə narahatlıqlara da münasibət bildirib. Sədr müşahidələrin belə bir keçidi təsdiqləmədiyini, sentyabrda nağdlaşmanın həcminin avqustla müqayisədə azaldığını qeyd edib.
Mərkəzi Bankın sədri istehlak kreditlərindən də danışıb. O bildirib ki, istehlak kreditlərinin artımında risk müşahidə edilmir.
Həmçinin bildirilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard dollara çatıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
02:02 / 30 Oktyabr 2026
4
01:48 / 30 Oktyabr 2026
37
01:35 / 30 Oktyabr 2026
44
01:25 / 30 Oktyabr 2026
227
00:57 / 30 Oktyabr 2026
140
00:54 / 30 Oktyabr 2026
66
00:52 / 30 Oktyabr 2026
60
00:26 / 30 Oktyabr 2026
77
23:55 / 29 Oktyabr 2026
73
23:40 / 29 Oktyabr 2026
138
23:27 / 29 Oktyabr 2026
85
23:23 / 29 Oktyabr 2026
164
23:20 / 29 Oktyabr 2026
88
23:11 / 29 Oktyabr 2026
451
23:08 / 29 Oktyabr 2026
203
23:05 / 29 Oktyabr 2026
1600
23:00 / 29 Oktyabr 2026
231
22:50 / 29 Oktyabr 2026
104
22:47 / 29 Oktyabr 2026
109
22:42 / 29 Oktyabr 2026
232
22:37 / 29 Oktyabr 2026
94
22:34 / 29 Oktyabr 2026
91
22:32 / 29 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.