Milli Məclis Əmək Məcəlləsinə DƏYİŞİKLİK ETDİ
30 Oktyabr 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
70
30.10.2026, 11:13
Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.
Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.
Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
11:55 / 30 Oktyabr 2026
6
11:45 / 30 Oktyabr 2026
31
11:35 / 30 Oktyabr 2026
37
11:28 / 30 Oktyabr 2026
79
11:27 / 30 Oktyabr 2026
103
11:25 / 30 Oktyabr 2026
33
11:18 / 30 Oktyabr 2026
61
11:10 / 30 Oktyabr 2026
95
11:05 / 30 Oktyabr 2026
321
11:02 / 30 Oktyabr 2026
79
10:56 / 30 Oktyabr 2026
79
10:52 / 30 Oktyabr 2026
65
10:43 / 30 Oktyabr 2026
74
10:40 / 30 Oktyabr 2026
347
10:39 / 30 Oktyabr 2026
64
10:19 / 30 Oktyabr 2026
73
09:58 / 30 Oktyabr 2026
77
09:57 / 30 Oktyabr 2026
89
09:56 / 30 Oktyabr 2026
78
09:52 / 30 Oktyabr 2026
439
09:31 / 30 Oktyabr 2026
130
09:20 / 30 Oktyabr 2026
122
09:15 / 30 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.