Hamı bu şəkillərdə “zombi”yə bənzəyir – Biometrik şəxsiyyət vəsiqələrində niyə eybəcər düşürük?
19 Noyabr 2026, 13:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
885
30.10.2026, 11:27
“Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır”.
Oxu24.com xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəsi zamanı bildirib.
“Bütövlükdə ölkə vətəndaşlarının müraciət etdiyi təsisatdır. Son iki-üç il ərzində Parlamentə edilən müraciətlərdən də bilinir ki, vətəndaşların bu təsisata etimadı artır.
Namizədlərin hər birinin tərcümeyi-halı ilə tanış olmuşuq. Mən öz haqqımdan istifadə edərək deyə bilərəm ki, Səbinə Əliyevanın fəaliyyəti ilə daha yaxından tanışam. Ombudsmana müraciət edənlərin məmnunluğu və digər məsələlərlə bağlı uğurlarla bağlı deyə bilərəm ki, Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm”, - deputat qeyd edib.
“Qafqazinfo”nun əməkdaşı iclasdan sonra deputata yaxınlaşaraq oğlu Əhməd Əlizadənin həbsi ilə bağlı məsələyə münasibət öyrənmək istəsə də, millət vəkili hələ açıqlama vermək istəmədiyini deyib.
Xatırladaq ki, Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Deputat oğluna verilmiş ittihamların sanksiyasında 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, onun digər oğlu Orxan Əlizadə hakimdir.
14:15 / 19 Noyabr 2026
1
14:11 / 19 Noyabr 2026
30
14:03 / 19 Noyabr 2026
55
13:53 / 19 Noyabr 2026
74
13:47 / 19 Noyabr 2026
64
13:43 / 19 Noyabr 2026
69
13:38 / 19 Noyabr 2026
78
13:34 / 19 Noyabr 2026
81
13:28 / 19 Noyabr 2026
72
13:22 / 19 Noyabr 2026
78
13:15 / 19 Noyabr 2026
81
13:09 / 19 Noyabr 2026
111
12:56 / 19 Noyabr 2026
108
12:45 / 19 Noyabr 2026
84
12:41 / 19 Noyabr 2026
113
12:27 / 19 Noyabr 2026
84
12:13 / 19 Noyabr 2026
96
12:07 / 19 Noyabr 2026
98
11:57 / 19 Noyabr 2026
106
11:45 / 19 Noyabr 2026
108
11:30 / 19 Noyabr 2026
144
11:15 / 19 Noyabr 2026
129
11:10 / 19 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.