Qaynar xətt:

(+99450) 247 90 86

Qar yağdı

Qar yağdı

CƏMİYYƏT

71

30.10.2026, 09:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Oxu24.com-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar intensivdir. Şahdağda isə arabir qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 16, Lerik, Oğuzda 14, Lənkəran, Beyləqan, Qəbələdə 13, Cəlilabad, Astarada 12, Ordubadda 10, Zaqatala, Yardımlıda 9, Ağstafa, Tovuz, Zərdab, Qaxda 8, Ağdam, İmişli, Mingəçevirdə 7, Şəki (Kişçay), Sabirabad, Yevlaxda 6, Tərtər, Goranboy, Sədərək, Şahbuz, Naxçıvanda 5, Biləsuvar, Bərdə, Naftalan, Kürdəmir, Daşkəsəndə 4, Şəmkir, İsmayıllı, Şamaxı, Göyçay, Cəbrayıl, Gədəbəy, Şuşa, Şərur, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Kəlbəcər, Füzuli, Neftçalada 2, Qobustan, Xızı, Qusar, Quba, Qrız, Xaltan, Xınalıq, Şirvan, Xaçmaz, Göygöl, Qazax, Zəngilan, Gəncədə 1 mm-dək qeydə alınır.

Qubadlı, Laçın, Xankəndi, Xocalıda da arabir yağış yağıb.

Kəlbəcər, Şuşa, Xankəndi, Qubadlı, Laçın, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qax (Sarıbaş), Zaqatala, Şəki, Xaltan, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.