Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ərdoğan Ukrayna məsələsinə qarışdı

SON DƏQİQƏ! Ərdoğan Ukrayna məsələsinə qarışdı

REDAKTORUN SEÇİMİ

2406

20.02.2022, 23:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir.

Oxu24.com xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə liderinin Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili təklifi əslində bu böhrandan çıxmaq üçün ən mühüm və konkret təklifdir:

“Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, prezident Vlodomir Zelenski ilə bunu müzakirə edib. O, bu məsələni cənab Putinlə də qaldırıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən gündəmə gətiriləcək”.

İ. Kalın qeyd edib ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə əlaqə saxlayır və Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlaşmağa davam edir:

“Eynilə, cənab Putinin Türkiyə səfərinə hazırlıqlarımız davam edir. Bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla əlaqə saxlayırıq”.

Maşın almaq istəyənlərə şad xəbər: 1000 manata dövlət maşınları satılır