Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1995
18.02.2022, 11:21
Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb, hadisə anının görüntüləri yayılıb.
Bu barədə oxu24.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ötən gün təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı, 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.
Qəza nəticəsində sürücü S.Əhmədov və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər. İlkin ehtimala görə, avtomobil yolda müəyyən olunmuş sürət həddindən yüksək sürətlə idarə edilib, eyni zamanda yol örtüyünün həmin hissəsi nahamar (dalğavari) olduğundan sürücü idarəetməni itirib və qəzanın qarşısını almaq mümkün olmayıb. Onlar heç biri təhlükəsizlik kəmərini bağlamayıb və hadisə nəticəsində avtomobildən kənara atılıblar ki, bu da həyatlarına son qoyub.
Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, yolda müəyyən edilmiş sürət həddinə riayət etsinlər və mütləq təhlükəsizlik kəmərini bağlasınlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
21:00 / 04 Noyabr 2026
8
20:58 / 04 Noyabr 2026
1
20:51 / 04 Noyabr 2026
34
20:47 / 04 Noyabr 2026
41
20:44 / 04 Noyabr 2026
80
20:41 / 04 Noyabr 2026
48
20:33 / 04 Noyabr 2026
162
20:28 / 04 Noyabr 2026
95
20:26 / 04 Noyabr 2026
92
20:21 / 04 Noyabr 2026
64
20:13 / 04 Noyabr 2026
78
20:08 / 04 Noyabr 2026
159
19:57 / 04 Noyabr 2026
106
19:55 / 04 Noyabr 2026
96
19:55 / 04 Noyabr 2026
166
19:25 / 04 Noyabr 2026
94
19:18 / 04 Noyabr 2026
4502
19:17 / 04 Noyabr 2026
74
19:00 / 04 Noyabr 2026
90
18:41 / 04 Noyabr 2026
1416
18:41 / 04 Noyabr 2026
143
18:37 / 04 Noyabr 2026
201
18:35 / 04 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.