Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2474
17.07.2021, 21:58
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan Baş nazirinin Aİ Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı sualını cavablandırıb.
Oxu24.com L.Abdullayevaya ünvanlanmış sualı və XİN rəsmisinin cavabını təqdim edir:
Sual: Ermənistan Baş naziri N.Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti ilə 17 iyul tarixində keçirdiyi mətbuat brifinqində Azərbaycan əleyhinə ittihamlarla çıxış edib, o cümlədən, guya ki, Azərbaycanın qonşu dövlətlərin ərazisinə iddiasının olması, sərhəd gərginliyini yaratması və delimitasiya prosesinə əngəl törətməsi kimi fikirləri səsləndirib. Bununla bağlı şərhinizi öyrənmək istərdik.
Cavab: Bu, Ermənistan Baş nazirinin növbəti, tamamilə yalan və iftira dolu bəyanatıdır. Xatırladıram ki, bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirib, ərazilərini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir.
“Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən Ermənistan Baş naziri görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb.
Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.
Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib.
Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir.
O ki, qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına bu, Ermənistan Baş nazirinin riyakarlığından başqa bir şey deyildir. Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb.
Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil.
Embawood işçi axtarır – VAKANSİYA
17:16 / 11 Noyabr 2026
28
17:13 / 11 Noyabr 2026
47
17:12 / 11 Noyabr 2026
31
16:35 / 11 Noyabr 2026
84
16:07 / 11 Noyabr 2026
98
16:04 / 11 Noyabr 2026
204
16:01 / 11 Noyabr 2026
108
16:00 / 11 Noyabr 2026
86
15:50 / 11 Noyabr 2026
95
15:50 / 11 Noyabr 2026
100
15:40 / 11 Noyabr 2026
94
15:31 / 11 Noyabr 2026
482
15:27 / 11 Noyabr 2026
696
15:13 / 11 Noyabr 2026
115
15:07 / 11 Noyabr 2026
177
14:51 / 11 Noyabr 2026
125
14:43 / 11 Noyabr 2026
197
14:39 / 11 Noyabr 2026
303
14:36 / 11 Noyabr 2026
124
14:26 / 11 Noyabr 2026
4035
14:13 / 11 Noyabr 2026
928
13:58 / 11 Noyabr 2026
355
13:54 / 11 Noyabr 2026
653
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.