Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
570
17.07.2021, 09:16
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb. Bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan OXU24.COM-Averilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Sadıq Sadıqov 1 bükümdə heroin və 1 bükümdə metamfetamini Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Emin Kərimova satarkən hər ikisi saxlanılıblar. S.Sadıqovun üzərindən əlavə olaraq 4 bükümdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin narkotik vasitə və psixotrop maddənin Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rəşadət Alxasovdan əldə edildiyi müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Bundan əlavə Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayev saxlanılıblar. Onların üzərindən ümumilikdə 20 bükümdə heroin və metamfetamin və 4 ədəd eketron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır
17:16 / 11 Noyabr 2026
44
17:13 / 11 Noyabr 2026
71
17:12 / 11 Noyabr 2026
48
16:35 / 11 Noyabr 2026
89
16:07 / 11 Noyabr 2026
102
16:04 / 11 Noyabr 2026
228
16:01 / 11 Noyabr 2026
111
16:00 / 11 Noyabr 2026
88
15:50 / 11 Noyabr 2026
100
15:50 / 11 Noyabr 2026
106
15:40 / 11 Noyabr 2026
96
15:31 / 11 Noyabr 2026
576
15:27 / 11 Noyabr 2026
739
15:13 / 11 Noyabr 2026
117
15:07 / 11 Noyabr 2026
181
14:51 / 11 Noyabr 2026
128
14:43 / 11 Noyabr 2026
201
14:39 / 11 Noyabr 2026
326
14:36 / 11 Noyabr 2026
128
14:26 / 11 Noyabr 2026
5292
14:13 / 11 Noyabr 2026
941
13:58 / 11 Noyabr 2026
359
13:54 / 11 Noyabr 2026
665
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.