Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: Tələbəni öldürən şəxs tutuldu - Görün,kim imiş 

Azərbaycanda dəhşət: Tələbəni öldürən şəxs tutuldu - Görün,kim imiş 

REDAKTORUN SEÇİMİ

1362

05.07.2021, 11:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir Şəhər Prokurorluğundan  Oxu24.com-a  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, Məhəmməd Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.