Qaynar xətt:

(+99450) 247 90 86

AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib

AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib

REDAKTORUN SEÇİMİ

762

04.07.2021, 09:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub. Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.
Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.