Qaynar xətt:

(+99450) 247 90 86

Rayonda DƏHŞƏTLİ HADİSƏ - Ata və oğlu öldü, YARALILAR VAR

Rayonda DƏHŞƏTLİ HADİSƏ - Ata və oğlu öldü, YARALILAR VAR

REDAKTORUN SEÇİMİ

1355

28.06.2021, 10:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ucarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.
Oxu24.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E.Cəlilov ölüb. Qəza zamanı onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlyas Cəlilov xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır. // "Report"