Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1407
17.05.2020, 22:20
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, 18 may 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bununla belə xüsusi karantin rejimi müddətində ölkə üzrə bir çox məhdudiyyətlər hələ də qüvvədə qalır:
• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;
• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
• bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;
• ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
• dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
• toy məclislərinin təşkilinin qadağan olunması;
• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
Həmçinin oxuyun
• tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
• muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılması;
• ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;
• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
• massaj və hamam xidmətlərinin göstərilməsi;
18:26 / 09 May 2026
1
18:12 / 09 May 2026
27
18:01 / 09 May 2026
33
17:39 / 09 May 2026
38
17:34 / 09 May 2026
144
17:26 / 09 May 2026
48
17:20 / 09 May 2026
33
17:00 / 09 May 2026
58
16:52 / 09 May 2026
131
14:12 / 09 May 2026
90
12:41 / 09 May 2026
84
11:50 / 09 May 2026
156
11:45 / 09 May 2026
100
11:42 / 09 May 2026
665
11:19 / 09 May 2026
105
11:11 / 09 May 2026
183
11:08 / 09 May 2026
113
10:37 / 09 May 2026
1363
10:30 / 09 May 2026
124
10:27 / 09 May 2026
99
10:26 / 09 May 2026
84
10:25 / 09 May 2026
83
10:24 / 09 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.