Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
08 Noyabr 2026, 21:56
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
537
19.11.2021, 18:29
Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlardan sonra Zəngəzurda yaşayan erməni əhalinin sayının azalacağı gözlənilir.
Bu, ilk növbədə, Ermənistan ordusunun Şərqi Zəngəzurda hərbi təxribatlar törətməsindən sonra bölgədə qeyri-sabitliyin artması ilə bağlıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin Ermənistan hakimiyyətinin mövqesizliyi səbəbindən uzanması ermənilər arasında həmin ərazilərin Azərbaycana veriləcəyinə dair söz-söhbətlərin artmasına gətirib çıxarıb.
Digər amil Zəngəzur dəhlizinin açılması amili ilə bağlıdır. Daha doğrusu, Ermənistan 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya ilə imzaladığı Üçtərəfli Bəyanatın 9-cu bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək məcburiyyətindədir. Hələlik Nikol Paşinyan hökuməti bu öhdəlikdən yayınmağa çalışsa da, həm regiondakı yeni geosiyasi reallıqlar, həm də beynəlxalq təzyiqlər fonunda bu şərti yerinə yetirməli olacaq.
Ancaq Ermənistan müxalifətinin Zəngəzur bölgəsində hökumətlə müqayisədə mövqeyi daha güclüdür. Ona görə də radikal siyasi qüvvələr dəhliz açılacağı təqdirdə, əhalini Zəngəzurun bütövlükdə Azərbaycanın və Türkiyənin nəzarətinə keçəcəyinə inandıra biliblər. Son vaxtlar Zəngəzurda yaşayan ermənilərin evlərini ucuz qiymətə satışa çıxarıb bölgəni tərk etdiyinə dair Ermənistan mediası məlumatlar yayır.
Üçüncü mühüm səbəb Ermənistanda demoqrafik böhranın artması ilə bağlıdır. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda sosial- iqtisadi problemlərin dərinləşməsi ermənilərin ölkəni kütləvi tərk etməsində də müşahidə olunur. Ermənistan Statistika Komitəsinin oktyabr ayının 1-ə olan məlumatına görə, ölkə əhalisinin sayı 0,4 faiz və ya 1,1 min nəfər azalıb. Amma bu, Ermənistan hökumətinin açıqladığı rəsmi göstəricidir. Əldə olunan məlumatlar isə gerçək rəqəmlərin daha çox olduğunu təsdiq edir. Statistika Komitəsi bildirir ki, Ermənistan əhalisi daha çox İrəvan şəhərində və paytaxta yaxın ərazilərdə yaşayır.
Bölgələrdə isə ermənilərin sayı sürətlə azalmaqdadır. Ölkə əhalisinin 36,9 faizi və ya 1 milyon 96 min nəfəri İrəvanda cəmləşib. Ölkə əhalisinin ən az məskunlaşdığı bölgələrdən biri Zəngəzurdur. Hazırda bu vilayətdə şəhər və kənd əhalisi ilə birlikdə 134,6 min nəfər erməninin qaldığı qeyd edilir.
Ermənistan mediasının verdiyi məlumata görə, Zəngəzurda bir sıra kəndlərin boşalması nəticəsində çox az sayda sakin qalıb.
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı “Cümhuriyət” qəzetinə bildirib ki, Şərqi Zəngəzurda Azərbaycan ordusunun mövqelərini möhkəmləndirməsi və bir sıra tarixi torpaqıların geri qaytarılması ermənilərin həmin ərazidən kütləvi şəkildə köçməsinə səbəb olacaq:
“Çünki bu müharibə ermənilərin gözünü qorxudub və onlar Azərbaycanı özlərinə təhlükə hesab edir. Ümumiyyətlə, ermənilər köçməyə meyilli xalqdır. Şübhəsiz ki, gələcəkdə onlar Zəngəzuru tərk edib gedəcəklər. 2021-ci ildə 160 min nəfər əhali Ermənistandan köçüb və geri dönməyib. Bu, Ermənistanın rəsmi statistikasıdır. İlin sonuna qədər bu rəqəmin artacağı gözlənilir. Bu da Azərbaycan türklərinin gələcəkdə Zəngəzura dönüşünü asanlaşdıracaq bir prosesdir”.
17:22 / 09 Noyabr 2026
1
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.