Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
1793
25.02.2021, 21:56
İtaliyanın “agenziastampa.net” xəbər portalında “Xocalı soyqırımı” sərlövhəli məqalə yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə saytda yerləşdirilən məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib.
Yazıda Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlə məruz qalmız xocalıların meyitlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalisti Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.
Xocalı soyqırımının təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə etirafı, erməni yazıçı Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabda erməni əsgərlərinin dinc xocalıları qətlə yetirdiyini yazdığı nəzərə çatdırılıb.
Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.
20:09 / 13 Noyabr 2026
1
20:06 / 13 Noyabr 2026
25
20:05 / 13 Noyabr 2026
35
19:58 / 13 Noyabr 2026
50
19:53 / 13 Noyabr 2026
130
19:41 / 13 Noyabr 2026
79
19:38 / 13 Noyabr 2026
399
19:35 / 13 Noyabr 2026
64
19:30 / 13 Noyabr 2026
212
19:28 / 13 Noyabr 2026
55
19:23 / 13 Noyabr 2026
75
19:05 / 13 Noyabr 2026
74
18:59 / 13 Noyabr 2026
79
18:59 / 13 Noyabr 2026
87
18:50 / 13 Noyabr 2026
86
18:38 / 13 Noyabr 2026
101
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
91
18:15 / 13 Noyabr 2026
103
18:04 / 13 Noyabr 2026
342
17:59 / 13 Noyabr 2026
110
17:46 / 13 Noyabr 2026
117
17:30 / 13 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.