Qaynar xətt:

(+99450) 247 90 86

Cəbrayılda Azərbaycan-Türkiyə Meşəçilik Təhsil Mərkəzi açılıb

Cəbrayılda Azərbaycan-Türkiyə Meşəçilik Təhsil Mərkəzi açılıb

QARABAĞ

45

10.11.2026, 21:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəbrayıl şəhərində Azərbaycan-Türkiyə Meşəçilik Təhsil Mərkəzi və Körpələr Evi fəaliyyətə başlayıb.

 Oxu24.com xəbər verir ki,Anadolu agentliyinin məlumatına görə, obyektin təməl daşı 20 oktyabr 2022-ci ildə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub .

Kompleks Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşəçilik Baş İdarəsinin köməyi ilə 11,4 hektar ərazidə inşa edilib. Binaların və funksional sahələrin ümumi sahəsi 12 200 kvadratmetrdir.

Kompleksə təhsil mərkəzi, tinglik inzibati binası, emalatxana və ting satışı sahəsi daxildir. Fidan istehsalı 47.300 kvadratmetr ərazidə aparılacaq.

Yeni istifadəyə verilən müəssisə ildə 2 milyon ting yetişdirmək gücünə malikdir. Müəssisə ildə 400 nəfərə həm nəzəri, həm də praktiki meşəçilik təlimi təklif etməyi planlaşdırır.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfəri çərçivəsində Azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bu obyekti "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni simvolu" adlandırmışdı.media.az