Vətən müharibəsi iştirakçısı Rusiyada faciəli şəkildə öldü - FOTOLAR
07 İyul 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
542
08.05.2026, 19:48
Mayın 6-da Azərbaycana qarşı yönəlmiş növbəti təxribatın şahidi olduq. Rusiyanın dövlət kanalı olan "Birinci kanal"ın "Vremya pokajet" proqramında Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirildi və orada artıq beş il əvvəl ləğv edilmiş, uzun illər davam edən açıq tarixi ədalətsizlik və Azərbaycan torpaqlarının işğalı dövrü ilə sıx bağlı olan qondarma "Dağlıq Qarabağ" ayrıca vahid kimi göstərildi.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı artıq sərt bəyanatla çıxış edib - Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik hallarına münasibətdə Azərbaycan diplomatik leksikonunda yumşaq ifadələr nəzərdə tutulmayıb. Bakı Moskvadan rəsmi izahat, eləcə də gələcəkdə bu kimi halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini tələb edib.
"Mayın 6-da Rusiyanın dövlətə məxsus Birinci kanalının "Vremya pokajet" proqramında Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi və orada qondarma "Dağlıq Qarabağ"ın göstərilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır", - deyə qurumun bəyanatında bildirilir.
"Rusiya dövlət kanalında köhnəlmiş, yalan və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, həmçinin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə ziddir. Bu xüsusilə də Rusiya tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı dəfələrlə verdiyi bəyanatlar fonunda qəbuledilməzdir", - sənəddə vurğulanır.
Maraqlıdır ki, Rusiya bütün siyasi səviyyələrdə, o cümlədən ali rəhbərlik səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Lakin belə görünür ki, ya bu mövqe səmimi deyil, ya da Rusiya siyasi isteblişmentində heç də hamı rəsmi kursa əməl etmir. Biz dəfələrlə İkinci Qarabağ müharibəsinin nəticələrini şübhə altına alan, 2020-ci ilin sentyabrına qədər mövcud olmuş status-kvoya ritorik şəkildə qayıtmaq imkanını yaratmağa çalışan deputatların, partiya və ictimai xadimlərin açıqlamalarının şahidi olmuşuq.
Bundan başqa, 2020–2023-cü illərdə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə onların iştirakı ilə vaxtaşırı Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin qarşısını almağa yönəlmiş tədbirlər də keçirilib. Bunlara separatçı simvolikanın müşayiəti ilə keçirilən tədbirlər, erməni terrorçularına abidələrin açılması, Ruben Vardanyanın nəzarətində rejim formalaşdırmaq cəhdləri və sair aiddir.
Amma bütün bunlar artıq tarixdir. Azərbaycan, böyük beynəlxalq təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik və hərbi vasitələri məharətlə birləşdirərək Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini tam bərpa edib. Ötən ilin avqustunda ABŞ-da Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında formalaşan de-fakto sülh artıq reallığa çevrilib və dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Hazırda tərəflər arasında ticarət əlaqələrinin ilk addımları müşahidə olunur, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyətinin xətti ilə təmaslar qurulur.
Belə bir dövrdə Rusiyanın dövlət kanalının efirində Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayişini sadəcə texniki səhv kimi qiymətləndirmək çətindir. Görünür, Moskva siyasi elitasının müəyyən nümayəndələri artıq dəfələrlə iflasa uğramış "Qarabağ kartı"ndan öz maraqları naminə istifadə etməyə çalışırlar. Ola bilsin ki, burada Ermənistanda parlament seçkilərinin aktiv mərhələsi də müəyyən rol oynayır. Çünki baş nazir Nikol Paşinyanın partiyasının əsas rəqibləri məhz Samvel Karapetyan və Robert Koçaryanın rəhbərlik etdiyi rusiyapərəst qüvvələrdir.
Ermənistanın rusiyapərəst müxalifəti revanşist tezislərdən fəal şəkildə istifadə edir, regionda sülh gündəliyinə qarşı çıxır və Paşinyanı məğlubiyyət siyasəti yürütməkdə ittiham edir. Kreml isə məhz bu siyasi qüvvələrə üstünlük verdiyini çox da gizlətmir.
Əgər Moskvada hesab edirlərsə ki, Ermənistandakı siyasi maraqlarını Azərbaycanın maraqları hesabına təmin etmək mümkündür və ya bu cəhdlər Bakıda diqqətdən kənarda qalacaq, o zaman ciddi şəkildə yanılırlar. Qondarma "Dağlıq Qarabağ"ın əks olunduğu xəritənin dövlətə məxsus kanalın efirində nümayiş etdirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə tam ziddir.
Üstəlik, Bakı ilə Moskva arasında münasibətlər AZAL təyyarəsinin Qroznı üzərində vurulması ilə bağlı insidentdən sonra yaranmış mürəkkəb mərhələdən yenicə çıxmışdı. Belə bir vəziyyətdə "Birinci kanal"ın bu təxribatı, sifarişçilərin hansı məqsədləri güdməsindən asılı olmayaraq, tərəflər arasında etimad mühitinin bərpasına açıq şəkildə mane olur.
İstisna deyil ki, Moskvada bununla Azərbaycan Prezidentinin 9 May paradında iştirak etməməsindən narazılıq ifadə etməyə çalışıblar. Lakin dərc olunan qonaq siyahısından da göründüyü kimi, Moskvadakı tədbirə əsasən dünyada tanınmayan separatçı qurumların liderləri qatılacaq. Bəlkə "Birinci kanal" məhz onlara yarınmağa çalışıb?
Azərbaycan xalqının faşizmə qarşı mübarizədə həyatını itirmiş 300 mindən çox oğul və qızının xatirəsini ehtiramla yad etmək üçün isə Moskvaya getməyə ehtiyac yoxdur. Hər il ölkəmizin müxtəlif bölgələrində, o cümlədən ən yüksək dövlət səviyyəsində İkinci Dünya müharibəsi veteranları ilə görüşlər və anım tədbirləri keçirilir.
Rusiya "Birinci kanal"ının Azərbaycana qarşı bu addımının sifarişçiləri və icraçılarının motivləri nə olursa olsun, Bakı öz milli maraqları və suverenliyinin təmin olunması məsələsində bir millimetr belə geri çəkilməyəcək.
12:00 / 08 İyul 2026
1
11:53 / 08 İyul 2026
21
11:40 / 08 İyul 2026
41
11:30 / 08 İyul 2026
44
11:28 / 08 İyul 2026
47
11:24 / 08 İyul 2026
53
11:20 / 08 İyul 2026
315
11:14 / 08 İyul 2026
195
10:58 / 08 İyul 2026
69
10:57 / 08 İyul 2026
58
10:36 / 08 İyul 2026
62
10:23 / 08 İyul 2026
70
10:11 / 08 İyul 2026
76
10:08 / 08 İyul 2026
73
09:56 / 08 İyul 2026
83
01:00 / 08 İyul 2026
204
00:44 / 08 İyul 2026
228
00:07 / 08 İyul 2026
323
23:38 / 07 İyul 2026
167
23:27 / 07 İyul 2026
180
23:03 / 07 İyul 2026
185
22:44 / 07 İyul 2026
186
22:33 / 07 İyul 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.