Kəlbəcərdə mina partlayışı baş verib
13 Avqust 2026, 19:54
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
938
27.02.2026, 19:04
1992-ci ildə Azərbaycana gələndə o vaxtkı müdafiə naziri Rəhim Qazıyev mənə 704 saylı briqada yaratmağı təklif etdi. Briqada komandiri təyin olunmağımla bağlı əmrdən sonra 120 nəfərlə Şuşaya getdim.
Oxu24.com xəbər verir ki, bunu Axar TV-yə müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, general-mayor Elbrus Orucov Şuşanın işğalına şərait yaratması ilə bağlı 1990-cı illərdə yayılan iddialar haqda danışarkən deyib.
“Şuşaya aprelin 26-da getdim, Laçının ərazisinə baxdım. Hər kəs könüllü idi, bir nəfər də peşəkar zabit, texnika, qərargah yox idi, müavinlərim belə yox idi. Minaatanlar vardı, iynələri yox idi, mərmilər partlayıcısız idi. Bu yükü boynuma qoyandan 7 gün sonra döyüşlər başladı. Cəmi 850 nəfər tapmışdıq, amma Rəhim Qazıyev mənə demişdi ki, orada 3 min hərbçi var.
...Şuşa, Laçının işğalını kimin boynuna yıxmaq lazımdır? Kənardan gələn insan kimi məni odun içinə atdılar. Birbaşa günahı qoydular boynuma. Heç kim də heç vaxt sual vermədi ki, bu 7 gündə Elbrus Orucov nə edə bilərdi?
Bu yaxınlarda erməni separatçılarının məhkəməsində Şuşanın işğalı məsələsi qaldırıldı. Şuşanın işğalı zamanı tabor komandirləri olmuş Arkadi Qukasyan, Davit İşxanyan və Levon Mnatsakanyan çıxışlarında təsdiq etdilər ki, mayın 7-dən 8-nə keçən gecə artilleriya hazırlığından sonra hücuma keçdilər və saat 6-7 radələrində Şuşaya daxil oldular. Ancaq Azərbaycan qüvvələri əks-hücuma keçəndən sonra məcbur olub geri çəkildilər. Yalnız ayın 10-da kəşfiyyat Şuşanın boş olması barədə məlumat verəndən sonra şəhərə giriblər. Ancaq o vaxt məhkəmədə məni Şuşanı döyüşsüz təhvil verməkdə ittiham edərək, 15 il iş tələb etmişdilər. Ənvər Seyidov Cinayət Məcəlləsinin 255-ci maddəsi ilə həbs etmək istəyirdi. Yaxşı ki, o vaxtı ulu öndərimiz hakimiyyətə qayıtdı. Əgər mən Şuşanı, Laçını satmışdımsa, niyə mənə döyüşə qayıtmağı təklif etdilər?
Qeyd edim ki, Şuşada 1 gün yox, 36 saat qanlı döyüşlər gedib. Biz o müddət ərzində 258 şəhid vermişik. Həmçinin 400-dən çox ağır yaralımız olub. Şuşanı döyüşsüz təslim etməyimiz yalandır”.
00:19 / 15 Avqust 2026
1
23:55 / 14 Avqust 2026
100
23:32 / 14 Avqust 2026
44
23:27 / 14 Avqust 2026
49
23:02 / 14 Avqust 2026
61
22:30 / 14 Avqust 2026
87
22:17 / 14 Avqust 2026
96
21:48 / 14 Avqust 2026
102
21:38 / 14 Avqust 2026
109
21:23 / 14 Avqust 2026
75
21:12 / 14 Avqust 2026
102
21:06 / 14 Avqust 2026
107
20:52 / 14 Avqust 2026
78
20:42 / 14 Avqust 2026
92
20:23 / 14 Avqust 2026
103
20:15 / 14 Avqust 2026
117
19:49 / 14 Avqust 2026
91
19:27 / 14 Avqust 2026
70
19:20 / 14 Avqust 2026
269
19:04 / 14 Avqust 2026
87
18:52 / 14 Avqust 2026
112
18:15 / 14 Avqust 2026
99
18:04 / 14 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.