Qaynar xətt:

(+99450) 247 90 86

Üzündəki Xal Ortaya Çıxardı - Prezidentlərin Oxşarları haqda ŞOK MƏLUMAT

Üzündəki Xal Ortaya Çıxardı - Prezidentlərin Oxşarları haqda ŞOK MƏLUMAT

ÖZƏL BÖLÜM

1520

11.11.2021, 22:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezidentlərin oxşarları haqqında bu günün özündə də müxtəlif fikirlər deyənlər var. Burada əsas məqsəd bildiyiniz kimi prezidentlərin təhlükəsizliyinin təmin olunması olub. Sui qəsd, yaxud hansısa bir təhlükədən qorunmaq üçün ölkə başçıları bəzən gedəcəkləri yerlərə öz oxşarlarını yollamalı olublar. Lakin üzdəki kiçik bir mimika, yaxud xal prezidnetləri həmin dəqiqə ələ verib.

Oxşarının olduğu iddia edilən dünya siyasətçilərindən biri Rusiya prezidenti Putindir. Bu gün bir bax kanalında putinin oxşarlarını görəndə, siz də çox təəccüblənəcəksiniz. Diqqət ekrana.

Dostlar videoya keçməzdən əvvəl aşağıda yerləşən bəyən düyməsinə basıb, videomuzun altında fikirlərinizi bizimlə bölüşməyi unutmayın.

Dünyada ölkə rəhbərlərinin oxşarı məsələsi həmişə maraq doğurub. Məsələn, İngiltərə kraliçası birinci Yelizaveta barədə də oxşar iddialar var. Onun hələ uşaq ikən 1550-ci ildə müəmmalı şəkildə öldüyünü bir sıra tarixçilər qeyd edib. Bundan bərk qorxuya düşən dayələrin kral VIII Henriyə Yelizavetaya oxşar oğlan uşağını taparaq qızı kimi təqdim etdiyi bildirilir. Sübut olaraq isə Yelizavetanın 20 yaşında olanda heç zaman ərə getməyəcəyinə dair and içməsi göstərilir.

Rusiya prezidnetlərin öz oxşarlarından istifadə etməsi mövzusunda mediada bu günə kimi yüzlərlə yazı çıxıb. Hətta Putin özü bir neçə il əvvəl verdiyi müsahibədə 20 ildən çoxdur Rusiyada və xaricdə dolaşan bu faktı təkzib edib. Bildirib ki, 2000-ci illərin əvvəllərində Rusiyada terror aktlarının tüğyan etdiyi vaxtlarda təhlükəsizlik məqsədilə ona dublyordan istifadə etmək tövsiyə olunsa da, o, bundan imtina edib. Lakin mediada bu sözlərin yalan olduğunu isbat edən, çox inandırıcı faktlar var.  

Putinin oxşarları sırasında ilk yerdə “Udmurt” ləqəbli dublyor gəlir. “Udmurt” – publika qarşısında nadir hallarda görünür, orijinala o qədər də bənzəmir, kameralar onu iri planda yox, ümumi, uzaqdan göstərir.

Putinin “Kuçma” ləqəbli dublyoru. Bu şəxs Putinin Orta Asiyaya səfəri zamanı ilk dəfə diqqət çəkib. Putindən fərqli olaraq onun çənəsinin yumşaq cizgiləri və kök olması dublyor olduğunu tam təsdiq edir.

Putinin “Diplomat” ləqəbli oxşarı xarici qonaqlarla və rəsmi qəbullarda daha çox diqqət cəlb edir. Onu gerçək putindən ayıran tək məsələ yaşla bağlıdır. “Diplomat” ləqəbli oxşarı Putindən daha gəncdir.

“Orator” ləqəbli dublyor Putinin ən geniş tanınmış oxşarı olduğu iddia olunur. O, canlı yayım, mətbuat konfransı, müşavirələr, ictimaiyyətlə təmaslar olan görüşlərdə putinin əvəzinə iştirak edir. Lakin müxtəlif fotoşəkillərdə Putinlə Medvedyev arasında olan boy fərqi, üz cizgiləri və səs tonu onun əsl Putin olmadığını göstərir.


Helsinkidə Tramp – Putin sammiti öncəsi onlayn jurnallardan biri Rusiya prezidentinin hələ 2015-ci ildə öldürüldüyü iddiası ilə çıxış etmişdi. Həmin yazıda Başlıq belə idi: “Tramp Putinin oxşarı ilə görüşəcəkmi?!”.  

Məqalədə “Rusiya vətəndaşlarının əksəriyyətinin ölkəni putin deyil də, oxşarının idarə etdiyi göstərilir”. 2012-ci ilin yaz aylarında bu versiyanın gündəmə gəldiyini bildirən Putin tərəfdarları bunu sistemdənkənar Müxalifətin Koordinasiya Şurası tərəfindən yayılan feyk xəbərlər sırasına aid edilər. Onlar məqsədin Rusiya prezidentinin xalq arasında nüfuzunun azalması, ona olan etibarın zəifləməsnə cəhd göstərildiyini vurğulayırlar.

Əvvəllər internet, televiziya yox idi, dövlət başçısını üzdən yalnız onun ən yaxın adamları tanıyırdılar. Məsələn, şah Abbasın paltarını dəyişərək xalqın vəziyyətini öyrənməsi üçün məmləkətdə gəzin-dolaşması rahat idi, çünki saray adamlarından başqa heç kəs padşahı tanımırdılar. İndi isə media ölkə rəhbərlərinin az qala günün xeyli hissəsindəki fəaliyyətini işıqlandırır və əhali prezidentləri tanıyır. Belə olan halda oxşarların istifadəsi çox çətindir.


Mütəxəssislərin fikrincə, müasir üztanıma sistemləri əkiz, yaxşı qrim olunmuş, yaxud həddən artıq bir-birinə oxşarlığı olan şəxsləri ayırd etməkdə çətinlik çəksə də, müasir alqoritmlər çoxsaylı fotoşəkillər əsasında fərqi hiss etmək imkanı verir. Texniki tərəqqi əsrində prezidentlərin oxşarının ifşa olunması ehtimalını xeyli artırdığı üçün əhlükəsizlik xidmətini bundan çəkinməyə vadar edir.


Rusiya tarixçiləri hətta monarxiya dövründə belə oxşarlardan istifadə edilmədiyini qeyd edirlər. Onların fikrincə, özünü çar kimi qələmə verən fırıldaqçılar olub, lakin prsidentlərin məhz öz oxşarlarından istifadə etməsi barədə heç bir məlumat, dəlil-sübut yoxdur. Üstəlik, tutalım Putinin oxşarı varsa və o, vacib beynəlxalq görüşlərə qatılaraq konfranslarda çıxış edirsə, beynəlxalq sənədlər imzalayırsa, niyə düşmən ölkələrin kəşfiyyat orqanları bunu aşkara çıxarmır?! Bu da maraq doğuran digər məqam.