Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2312
21.07.2021, 10:48
Dünən Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə, Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçirildi.
Mövzu ilə bağlı fikirlərini KONKRET.az-a şərh edən araşdırmaçı jurnalist Asif Nərimanlı bildirib ki, Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi: “Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi.
“Prezident qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir.
İkincisi, Vladimir Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və vurğuladı ki, “nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik”. Bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir: “Lakin bu güzəştlər münaqişə ilə bağlı deyil. Münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır. Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini – ehtimal ki, Ermənistana quru əlaqəsinin daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”.
POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ
Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: “Mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır. Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar. Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək. Bakının mövqeyini çatdıracaq və sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq. Putin-Paşinyan və Putin-Əliyev görüşünün cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
16:07 / 11 Noyabr 2026
32
16:04 / 11 Noyabr 2026
45
16:01 / 11 Noyabr 2026
46
16:00 / 11 Noyabr 2026
35
15:50 / 11 Noyabr 2026
53
15:50 / 11 Noyabr 2026
52
15:40 / 11 Noyabr 2026
51
15:31 / 11 Noyabr 2026
213
15:27 / 11 Noyabr 2026
405
15:13 / 11 Noyabr 2026
98
15:07 / 11 Noyabr 2026
131
14:51 / 11 Noyabr 2026
107
14:43 / 11 Noyabr 2026
165
14:39 / 11 Noyabr 2026
165
14:36 / 11 Noyabr 2026
101
14:26 / 11 Noyabr 2026
260
14:13 / 11 Noyabr 2026
761
13:58 / 11 Noyabr 2026
286
13:54 / 11 Noyabr 2026
557
13:48 / 11 Noyabr 2026
156
13:44 / 11 Noyabr 2026
225
13:41 / 11 Noyabr 2026
116
13:33 / 11 Noyabr 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.