Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2635
28.02.2021, 18:59
40 gündən artıq davam edən Vətən müharibəsinin özəlliklərindən biri də, generalların da əsgərlərlə çiyin-çiyinə vuruşmasıdır. Bir yumruq olan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edir. Bu generallarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevdir.
Oxu24.com xəbər verir ki, generalımız Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev 4 ildən bir doğum gününü qeyd edir.
Hikmət İzzət oğlu Mirzəyev 29 fevral tarixində Biləsuvar rayonunda doğulub.
Məlum olduğu kimi, bu il fevral ayı 28-dən olduğu üçün general-leytenant Hikmət Mirzəyevin doğum günü bu gün qeyd edilir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
Oxu24.com xəbər verir ki, Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.
Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
Oxu24.com kollektivi dəyərli və hörmətli generalımızı doğum günü münasibəti ilə təbrik edir. Ona xidmətdə uğurlar və can sağlığı arzu edir.
18:31 / 13 Noyabr 2026
1
18:26 / 13 Noyabr 2026
14
18:15 / 13 Noyabr 2026
37
18:04 / 13 Noyabr 2026
140
17:59 / 13 Noyabr 2026
73
17:46 / 13 Noyabr 2026
84
17:30 / 13 Noyabr 2026
76
17:18 / 13 Noyabr 2026
73
17:13 / 13 Noyabr 2026
235
17:07 / 13 Noyabr 2026
85
16:59 / 13 Noyabr 2026
88
16:51 / 13 Noyabr 2026
98
16:37 / 13 Noyabr 2026
121
16:29 / 13 Noyabr 2026
97
16:08 / 13 Noyabr 2026
249
16:00 / 13 Noyabr 2026
103
15:42 / 13 Noyabr 2026
372
15:37 / 13 Noyabr 2026
110
15:30 / 13 Noyabr 2026
123
15:01 / 13 Noyabr 2026
150
14:59 / 13 Noyabr 2026
296
14:50 / 13 Noyabr 2026
159
14:46 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.