Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2186
25.02.2021, 20:17
Baş Qərargah qərarından dönməsə, Nikol Paşinyan qaçmağa məcbur olacaq, Baş Qərargahın qərarı kortəbii deyil.
Publika.az xəbər verir ki, bunu siyasi şərhçi Armen Badalyan deyib.
O, mülki əhali ilə ordu arasında toqquşmaları istisna etmir və baş nazirin gedişinə alternativ görmür.
“Bəyanatı təkcə Baş Qərargah rəisi Onik Qasparyan deyil, həm də bütün korpus rəhbərləri imzalayıb. Bu da bütün ordunun hökumətə qarşı olduğunu göstərir. Baş nazir tərəfdarlarına silah paylasa da, silahlı qüvvələrə müqavimət göstərə bilməyəcək”, - siyasi şərhçi deyib.
Badalyan əlavə edib ki, indi Paşinyan polis və qoşunları kimi heç bir şey edə bilməyən müavinlərinə güvənir: “Bunlar arasında belə, baş nazirə mütləq dəstək də yoxdur. Onlar ölkədəki mövcud rejimi canlarının bahasına müdafiə etməyəcəklər. Adi vətəndaşlara gəldikdə, Paşinyan başa düşür ki, ordu qarşısında durmaq və onu qorumaq iqtidarında deyillər. Tərəfdarları azdır və toqquşmalar istisna edilmir. Əsgərlər şəhərə gətirilsə, Paşinyanın tərəfdarları da daxil olmaqla, hamı dağılacaq”.
O bildirib ki, hökumət orduya qarşı güc tətbiq etsə, Onik Qasparyan silahlı çevrilişə gedəcək və o zaman Paşinyan üçün ən pis ssenari həyata keçiriləcək: “Hərbi çevrilişin xarici amillərin təsiri də daxil olmaqla, planlı hərəkətlər olduğunu istisna etmirik”.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Buna cavab olaraq hökumət başçısı ölkədə hərbi çevriliş cəhdi elan etdi və tərəfdarlarını küçələrə çıxmağa çağırdı.
20:09 / 13 Noyabr 2026
19
20:06 / 13 Noyabr 2026
28
20:05 / 13 Noyabr 2026
38
19:58 / 13 Noyabr 2026
51
19:53 / 13 Noyabr 2026
137
19:41 / 13 Noyabr 2026
80
19:38 / 13 Noyabr 2026
415
19:35 / 13 Noyabr 2026
67
19:30 / 13 Noyabr 2026
221
19:28 / 13 Noyabr 2026
56
19:23 / 13 Noyabr 2026
77
19:05 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
79
18:59 / 13 Noyabr 2026
87
18:50 / 13 Noyabr 2026
87
18:38 / 13 Noyabr 2026
101
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
91
18:15 / 13 Noyabr 2026
103
18:04 / 13 Noyabr 2026
343
17:59 / 13 Noyabr 2026
110
17:46 / 13 Noyabr 2026
117
17:30 / 13 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.