Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3380
25.02.2021, 19:57
Ötən ilin fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin şəhadətindən 4 il keçir.
Oxu24.com xəbər verir ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.
Şəhid olmuş hərbi qulluqçudan biri Ağdam rayonunun Mərzili kənd sakini olan 1988-ci il təvəllüdlü Zülfü Qədimovdur. O, müddətdən artıq hərbi xidmətdə olub. Məcburi köçkün kimi isə Beyləqan şəhərində məskunlaşıblar. Z.Qədimov 19 fevral 2012- ci ildə ailə qurub. Övladı yoxdur. Şəhid Zülfü Qədimov yaşadığı Beyləqan rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub. Hərbçimiz şəhid olmamışdan 6 ay öncə ailə həyatı qurubmuş.
Digər şəhidimiz baş leytenant Tural Həşimli da yeni ailə qurubmuş və o da dünyaya göz açacaq övladını görmədən həlak olub. Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunun, Dırnış kəndində dünyaya göz açıb. Şəhidimiz doğulduğu yerdə də dəfn olunub.Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevdir. Aqşin Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Şəhid mayorumuzun 3 övladı var. Aqşin Abdullayev də fevralın 28-də doğulduğu kənddə dəfn olunub.
Həmin gecə şəhid olan digər hərbi qulluqçumuz əsgər Zakir Cəfərovdur. Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakının Keşlə qəsəbəsində anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 saylı məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasına qəbul olunub. Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub. O döyüş vaxtı yaralı komandirini döyüş meydanından çıxarmaq istəyərkən şəhid olub.
Həmin gecə yaralanan və sonradan şəhid olan Elvin Əhmədov 1997-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Şəhidin məzarı anadan olduğu kənd qəbiristanlığındadır.
20:09 / 13 Noyabr 2026
19
20:06 / 13 Noyabr 2026
28
20:05 / 13 Noyabr 2026
38
19:58 / 13 Noyabr 2026
51
19:53 / 13 Noyabr 2026
137
19:41 / 13 Noyabr 2026
80
19:38 / 13 Noyabr 2026
415
19:35 / 13 Noyabr 2026
67
19:30 / 13 Noyabr 2026
221
19:28 / 13 Noyabr 2026
56
19:23 / 13 Noyabr 2026
77
19:05 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
79
18:59 / 13 Noyabr 2026
87
18:50 / 13 Noyabr 2026
87
18:38 / 13 Noyabr 2026
101
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
91
18:15 / 13 Noyabr 2026
103
18:04 / 13 Noyabr 2026
343
17:59 / 13 Noyabr 2026
110
17:46 / 13 Noyabr 2026
117
17:30 / 13 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.