Qaynar xətt:

(+99450) 247 90 86

Erməni generalı boğaraq öldürən ŞƏHİD - Cəbrayıl Dövlətzadə barədə BİLİNMƏYƏNLƏR

Erməni generalı boğaraq öldürən ŞƏHİD - Cəbrayıl Dövlətzadə barədə BİLİNMƏYƏNLƏR

ÖZƏL BÖLÜM

8941

24.02.2021, 20:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müharibənin başlanmasından bir gün sonra şəhid olan Cəbrayıl Dövlətzadə necə qəhrəman oldu?

O, vətən müharibəsində cəmi 1 gün iştirak etdi. 1 gün, hətta bir neçə dəqiqə ərzində elə bir hadisəyə imza atdı ki, nəşi fəxri xiyabanda, xatirəsi isə bütün Azərbaycanın yaddaşında əbədiləşdi. Biri var idi, 19 yaşında bir erməni generalını və polkovniklərini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə...

Oxu24.com  xəbər  verir  ki, Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub. Hətta idman sahəsində mükafatlara layiq görülüb. 

Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə əri övladları ilə maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb. 
12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O hətta yeniyetmə yaşlarında həvəskar rep də oxuyub: 

Əksər şəhidlər kimi onun da qısa ömrü süd işığında aydınlanıb. Tanışları, yaxınları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəklə danışır. Təkcə anasının dediyi bu 3 cümləyə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik:

Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi.
Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: Polad Həşimovun qisasını alacam.

Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır. 

Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib. 

Əslində Cəbrayıl missiyasının astanasında idi. 

Həmyaşıdlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.

Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur.
Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisi öldürüb. 

Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi.

Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28—də çoxlu qan itirdiyi üçün şəhid olur...

O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur. Ölümündən sonra Vətən uğrunda və Azərbaycan Bayrağı ordenləri ilə təltif edilir...

Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, onun dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, bir gün ərzində Azərbaycan tarixinə düşəcək qəhrəmanlığa imza atıb. 44 günlük müharibənin altına adını qızıl hərflərlə yazan şəxs kimi Azərbaycan hərb tarxində Cəbrayılın adı daim hallanacaq. Ruhun şad olsun, yoldaş əsgər, ulu şəhid! (Video 1000 Production)

 

 

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

19:35 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

91

0
 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

19:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

304

0
Sumqayıtda yol çöküb-video

19:28 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda yol çöküb-video

137

0
Teymur Hacıyev işdən çıxarılıb

19:23 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Teymur Hacıyev işdən çıxarılıb

97

0
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

97

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

101

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

95

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

95

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

111

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

92

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

97

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

114

0