Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
5694
13.05.2020, 20:35
“Hazırda xüsusi karantin rejimi ilə bağlı ölkədəki vəziyyət kompleks şəkildə qiymətləndirilir və növbəti addımların atılması nəzərdən keçirilir”.
Oxu24.com -un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, müəyyən yumşaldılma tədbirləri də müzakirə olunmaqdadır.
Azərbaycan Prezidentinin köməkçisi həmçinin bildirib ki, ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Prezident İlham Əliyevə daha bir təşəkkür məktubu ünvanlayıb. Azərbaycan ÜST-ün rolunu çox yüksək qiymətləndirir və ÜST ilə Azərbaycan arasında yüksək təmas mövcuddur. Azərbaycan koronavirusa qarşı mübarizədə təşəbbüskar dövlət kimi seçilir”.
Sərhədlərin açılması ilə bağlı konfransda çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bildirib ki, sərhədlərin açılması qərarı ölkədəki və regiondakı vəziyyətə uyğun veriləcək. Onun sözlərinə görə, sərhədlər açılacaqsa, bu, yəqin ki, qonşu ölkələrə şamil olunacaq.
L. Abdullayeva deyib ki, mayın 1-dən bu günə qədər Xarici İşlər Nazirliyinin qaynar xətlərinə 664 telefon zəngi daxil olduğunu və cavablandırıldığını da bildirib:
Həmçinin oxuyun
“Çünki səfər zamanı yoluxma riski artır. Eyni zamanda, çoxsaylı təxliyə planları da həyata keçirilib. Təxliyə edilənlər arasında yaşlılar, azyaşlılar, xəstələr üstünlük təşkil edir. Hazırda 60 ölkədə azərbaycanlılar var, onlar geri qayıtmaq üçün müraciət ediblər. Rusiya, Türkiyə kimi ölkələrdən müraciətlər daha çoxdur”.
L. Abdullayeva bildirib ki, vətəndaşlarımız Rusiyadan qayıtmaq üçün yaradılmış “Evə gəlirəm” portalında qeydiyyatdan keçdikdən sonra onlarla əlaqə saxlanılmasını gözləməlidir: “Bu yaxında vətəndaş portalda qeydiyyatdan keçib, sonora Dağıstan sərhədinə gəlib. Biz ona zəng edəndə, təyyarə üçün geri qayıtmağa vaxtı çatmadı. Ona görə də portalda qeydiyyatdan keçdikdən sonra vətəndaş onunla əlaqə saxlanılmasını gözləməlidir. Portalda qeydiyyatdan keçənlərlə 2 həftə ərzində əlaqə yaradılır”.
Mətbuat konfransında bildirilib ki, sonuncu dəfə Rusiyadan gələn 540 vətəndaşımızdan 8-10 nəfərində yoluxma müşahidə olunub. Ümumilikdə isə Rusiyadan gələn vətəndaşlarımızın 20 faizində koronavirus aşkarlanıb. Həmçinin xaricdə koronavirusa yoluxanlar və vəfat edənlər arasında Azərbaycan vətəndaşlarının olduğu da qeyd edilib.
01:00 / 09 May 2026
75
00:48 / 09 May 2026
264
00:30 / 09 May 2026
287
00:21 / 09 May 2026
258
00:00 / 09 May 2026
92
23:40 / 08 May 2026
101
23:25 / 08 May 2026
883
23:17 / 08 May 2026
264
22:47 / 08 May 2026
215
22:38 / 08 May 2026
112
22:28 / 08 May 2026
272
22:14 / 08 May 2026
123
22:13 / 08 May 2026
88
22:06 / 08 May 2026
83
21:59 / 08 May 2026
84
21:48 / 08 May 2026
1466
21:39 / 08 May 2026
271
21:29 / 08 May 2026
115
21:10 / 08 May 2026
224
20:52 / 08 May 2026
323
20:48 / 08 May 2026
165
20:36 / 08 May 2026
108
20:18 / 08 May 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.