Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2848
08.05.2020, 11:33
Rusiya sosial şəbəkələrində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında sensasion faktlar açıqlanıb.
Qaynairnfo xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri təkzibolunmaz tarixi faktlar əsasında R.Köçəryanın atasının azərbaycanlı olduğunu bildirib və həmin statusu ruscadan tərcümə edərək, olduğu kimi oxucularına təqdim edib.
Statusda deyilir:
"Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Daşkəsən rayonunda anadan olub. Anası Asmik Sokratovna (qızlıq soyadı məlum deyil) Daşkəsən rayonunun Şarukar kənd orta məktəbində riyaziyyatdan dərs deyib, atası Məmməd Məcidov isə Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Onların necə tanış olduğu məlum deyil. Amma Təhsil Şöbəsinin müdiri olan Məmməd Məcidov sevgilisi Asmiki dərs dediyi məktəbə müdir təyin edir, elə balaca Robert də məhz həmin vaxt dünyaya gəlir. Məmmədlə qeyri-rəsmi münasibətdə olduğundan Asmik oğlunun doğulmasını hər kəsdən gizlədirmiş. Robertin iki yaşı tamam olanda isə oğlunu Dağlıq Qarabağın Stepanakert (Xankəndi) şəhərində yaşayan qohumlarına verir. Bir müddət sonra Asmik o vaxtlar Daşkəsən Sosial Təminat Şöbəsində mühasib işləyən, bir qolu şikəst olan Sedrak Köçəryana ərə gedir. Bu nikah Asmikin Məcidlə qeyri-qanuni münasibətini gizlətmək üçün lazım idi. Robertin atabir qardaşları Mərdan, Pirxan və Elman bu gün Gəncədə yaşayırlar, üçü də yüksək vəzifəli məmurlardır. Daşkəsən rayonunun birinci katibi Əli Süleymanovun da Asmikdən çox xoşu gəlirmiş. Bu səbəbdən Əli ilə Məcid arasında gizli qarşıdurma başlayır və Ə.Süleymanov M.Məmmədovdan 24 saat ərzində rayonu tərk etməyi tələb edir. Məmməd Məcidov onun tələbini yerinə yetirərək Xanlar (indiki Göygöl) şəhərinə köçür. Əli isə gözəl Asmiki Daşkəsən rayonunun Mədəniyyət şöbəsinin müdiri təyin edir və onunla qeyri-rəsmi yaşamağa başlayır. Az sonra Asmik Rayon Partiya Komitəsinin ikinci katibi təyin olunur və 1988-ci ilə qədər həmin vəzifədə çalışır.
Robertin necə və hansı şəraitdə böyüməsi ayrıca söhbətin mövzusudur, amma ötən əsrin 70-ci illərinin ortasında Azərbaycan Respublikasının rəhbərliyi Robert Köçəryanı Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol Təşkilatının 1-ci katibi vəzifəsinə təyin edir. Robertin atası Məcid dünyasını dəyişib, onun məzarı Xanlar (Göygöl) şəhərindədir. Daşkəsən rayonunun Şarukar kəndinin yerli sakinləri, eləcə də həmin kənddə məskunlaşan qaçqınlar bu hadisələri təsdiq edə bilər”.

00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.