Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
3242
22.07.2021, 17:25
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Oxu24.com xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Suraxanı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan Ramil Babayev saxlanılıb.
Onun üzərindən və evindən külli miqdarda heroin və "patı” adlanan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində əsasən Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Qeyd edək ki, Ramil Babayev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün "Sedoy” adından istifadə edirmiş.
Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Tərlan Həsənov da saxlanılıb. Onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb.
Tərlan Həsənov izahatında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Həmçinin, növbəti əməliyyat tədbiri zamanı Aytən Şıxheybətova, Vüsal Manafov və Ümid Nəcəfov saxlanılaraq polis idarəsinə gətirilib və onların üzərlərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Bu şəxslər də izahatlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib.
Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
16:01 / 11 Noyabr 2026
1
16:00 / 11 Noyabr 2026
11
15:50 / 11 Noyabr 2026
40
15:50 / 11 Noyabr 2026
35
15:40 / 11 Noyabr 2026
42
15:31 / 11 Noyabr 2026
158
15:27 / 11 Noyabr 2026
325
15:13 / 11 Noyabr 2026
93
15:07 / 11 Noyabr 2026
107
14:51 / 11 Noyabr 2026
103
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
96
14:26 / 11 Noyabr 2026
231
14:13 / 11 Noyabr 2026
726
13:58 / 11 Noyabr 2026
278
13:54 / 11 Noyabr 2026
543
13:48 / 11 Noyabr 2026
154
13:44 / 11 Noyabr 2026
219
13:41 / 11 Noyabr 2026
114
13:33 / 11 Noyabr 2026
276
13:27 / 11 Noyabr 2026
182
13:19 / 11 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.