Qaynar xətt:

(+99450) 247 90 86

Rəqsanə həbsdə yazdığı kitabı təqdim edəcək

news/2026_02_09/reqsane_1770659063.jpg

ŞOU-BİZNES

104

09.02.2026, 21:40

Müğənni Rəqsanə İsmayılovanın həbsxanada olduğu günlərdə yazdığı kitab işıq üzü görəcək. 

Oxu24.com xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında yazıb. O bildirib ki, kitabın adı  "Müəllimə və bənzərsiz" olacaq.

Qeyd edək ki, ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə oxuduğu kitablardan danışaraq 3 ayda 300 kitab oxuduğunu iddia etmişdi:

"Quranı, Tövratı, Bibliyanı oxudum. Bu müddət ərzində 300-ə yaxın kitab bitirdim. İndiyə kimi çox böyük səhvlər etmişəm".

Müğənninin açıqlaması müzakirələrə səbəb olub. Bildirilib ki, bu iddia günə 3-4 kitab oxuyub bitirmək anlamına gəlir ki, bu da fiziki baxımdan mümkünsüzdür.Musavat.com