Qaynar xətt:

(+99450) 247 90 86

MEDİA dəyirmi masa təşkil edib - FOTO 

MEDİA dəyirmi masa təşkil edib - FOTO 

OXU24 TV

619

12.05.2026, 16:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Medianın İnkişafı Agentliyi tərəfindən deputat və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.

Oxu24.com-un  məlumatına görə, dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib ki, regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf mühitinin formalaşdırılması dövlətlərin əsas prioritetlərindəndir.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Natiq Məmmədli vurğulayıb ki, sülhü təşviq etmək və bu ideyanı cəmiyyətə aşılamaq mühüm məsələlərdən biridir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və müasir geosiyasi reallıqlar kontekstində regional təhlükəsizlik məsələlərinə toxunub. Qeyd olunub ki, hazırkı mərhələdə regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin genişlənməsi və uzunmüddətli inkişaf üçün əlverişli siyasi mühitin formalaşması xüsusi aktuallıq kəsb edir.

Tofiq Zülfüqarov həmçinin bildirib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var: “Azərbaycan müstəqilliyini təzə qazandıqdan sonra ATƏT-dən vasitəçilik istədi. Çünki Azərbaycanın bəzi siyasətçiləri düşünürdü ki, təhlükənin qarşısını bu yolla almaq olar. Sonra proseslər göstərdi ki, ATƏT konflikt vasitəsilə bu bölgəni idarə etmək üçün yaradılan qrupdur. 2020-ci ildə Azərbaycan dövləti beynəlxalq qanunlara uyğun olaraq, işğalçıya cavab vermək hüququndan istifadə edib, işğalı və onun qalıqlarını Azərbaycandan rədd etdi".

Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda müşahidə olunan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ölkəmizin həyata keçirdiyi balanslı və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.

Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edib. O vurğulayıb ki, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafına imkan yaradır.

Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolunun vacibliyi qeyd olunub.

Fermerlər üçün tam vergi güzəşti ləğv edilir: 2027-ci ildən yeni mexanizm tətbiq olunacaq – Aqrar sektoru nə gözləyir?  

20:47 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Fermerlər üçün tam vergi güzəşti ləğv edilir: 2027-ci ildən yeni mexanizm tətbiq olunacaq – Aqrar sektoru nə gözləyir?  

96

0
Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL

20:28 / 11 Noyabr 2026

SİYASƏT SİYASƏT

Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL

101

1
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb 

20:22 / 11 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb 

120

0
Paşinyan Antalyada Ərdoğan və Pezeşkianla görüşüb

20:19 / 11 Noyabr 2026

SİYASƏT SİYASƏT

Paşinyan Antalyada Ərdoğan və Pezeşkianla görüşüb

101

0
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

20:08 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

101

0
Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq  

19:57 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq  

540

1
Dekabrda bu məhsullar BAHALAŞACAQ

19:49 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dekabrda bu məhsullar BAHALAŞACAQ

132

0
Ölüm riskini qanla müəyyən etmək mümkün olacaq? – Ekspertdən VACİB AÇIQLAMA  

19:43 / 11 Noyabr 2026

TİBB TİBB

Ölüm riskini qanla müəyyən etmək mümkün olacaq? – Ekspertdən VACİB AÇIQLAMA  

117

1
Bu universitetin müəllimləri maaşından 3 dəfə çox qazana biləcəklər

19:33 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu universitetin müəllimləri maaşından 3 dəfə çox qazana biləcəklər

143

0
Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu 

19:19 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu 

190

0
Avropa mətbuatında Zəfər Günü haqqında məqalə dərc olunub - Deputat Məzahir Əfəndiyev yazır  

19:07 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avropa mətbuatında Zəfər Günü haqqında məqalə dərc olunub - Deputat Məzahir Əfəndiyev yazır  

128

0
Əməkhaqqı alanların DİQQƏTİNƏ: Sığorta haqlarında gözlənilməz DƏYİŞİKLİK  

18:42 / 11 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əməkhaqqı alanların DİQQƏTİNƏ: Sığorta haqlarında gözlənilməz DƏYİŞİKLİK  

518

0