Tatu üstündə qətl törədildi - VİDEO
13 Avqust 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1027
07.05.2025, 12:03
Xəbər verdiyimiz kimi, 51 yaşlı Ucar rayon Alpout kənd sakini Vidadi İsgəndərov mayın 5-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra vəfat edib.
Oxu24.com xəbər verir ki, “ATV”yə danışan mərhumun ailə üzvlərinin sözlərinə görə, o, lazimi müayinələrdən keçib, ölümünə səbəb isə həkim səhlənkarlığı olub.
Mərhumun qonşusu Qılman Tağıyev deyir ki, səhər onu özləri Göyçaya yola salıblar: “Varikozdan əməliyyata gedirdi. Günorta saat 12-də də xəbər gəldi ki, vəfat edib”.
Qardaşı Ağayar İsgəndərov isə bildirir ki, mərhuma narkoz verilib, narkozdan da ayılmayıb: “Bizə dedilər ki, müayinələrdən keçirmişik, ürəyi də, ciyəri də salamatdır. Çıxandan sonra isə soruşdum ki, niyə ona narkoz verdiniz? Dedilər ki, “narkozsuz əməliyyat olmaz”.
V. İsgəndərovun həyat yoldaşı Nuranə Hacıyevanın sözlərinə əsasən, evdən sənədi götürüb xəstəxanaya gedənə qədər əri artıq əməliyyata salınıb: “Əməliyyatdan əvvəl sənədləri həkimə verdim. Həkim məndən UZİ kağızını istədi. Qayıdıb evdən götürüb getdim. Gördüm artıq əməliyyata salıblar. 10-15 dəqiqədən sonra həkim çıxıb soruşdu ki, “bunda ürək xəstəliyi var idi?” Mən də bildirdim ki, dəfələrlə müayinələrdən keçib, heç bir problemi olmayıb. Həkim də dedi ki, əməliyyat etmişik. Əməliyyatdan sonra ürəyi dayandı”.
Məsələ ilə bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasından müayinələr zamanı mərhumun ürəyində hər hansı problemin olmadığını təsdiq ediblər. Reanimatoloq-anestezioloq Solmaz Hüseynova onun ölüm səbəbini belə izah edib: “1974-cü il təvəllüdlü kişi “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib. Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Həmçinin əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb. Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi “ağciyər arteriyasının trombemboliyası” diaqnozu ehtimal olunur”.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.