Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2041
15.05.2020, 13:33
“Sənin problemin varsa, Müdafiə Nazirliyinə yaz, aidiyyətli qurumlar məsələni araşdırsınlar”.
Oxu24.com “report”a istinadən xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər ehtiyatda olan bəzi hərbçilərin Azərbaycan Ordusu barədə yaydıqları əsassız məlumatlara münasibət bildirərkən deyib.
O bildirib ki, ehtiyatda olan bütün zabitlər, eyni zamanda gənclər davamlı şəkildə düşmənlə informasiya müharibəsi aparmalıdır:
“Dünyanın elə bir ordusu yoxdur ki, orada problem olmasın. Orduda xidmət edən zabit də, ehtiyatda olanlar da başa düşməlidirlər ki, bu, bizim hər birimizin ordusudur. Hazırda orduda xidmət edənlər də Azərbaycan vətəndaşlarıdır”.
General-leytenant Azərbaycan Ordusuna, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı aparılan böhtan kampaniyasının səbəblərini açıqlayıb:
“Niyə son zamanlar informasiya müharibəsi güclənib? Çünki Azərbaycan Ordusunun uğurları artıb, döyüş qabiliyyəti yüksəlib. Bunu isə gözü götürməyənlər var.
Həmin qüvvələr xarici dövlətlərin kəşfiyyat orqanlarından pul alırlar və bunun müqabilində neqativ halları reklam edirlər.
Həmçinin oxuyun
Hərbi xidmətdə hansısa komandir əsgərə, vəzifəli şəxs zabitə düzgün münasibət göstərilməyibsə, sən bunu niyə reklam edirsən? Onu televiziyada niyə göstərirsən?
Axı düşmən yatmayıb. Ermənilər həmin materiallardan çox geniş formada istifadə edirlər, bundan yararlanırlar. Bizdən fərqli olaraq onlar bunu bacarır.
Sabah müharibə başlayanda indi ermənilərin dəyirmanına su tökənlər həmin materiallardan yenə istifadə edəcəklər.
Ona görə mənə elə gəlir ki, Azərbaycan Ordusunu daha da gücləndirmək, döyüş qabiliyyətini artırmaq, onu müdafiə etmək lazımdır”.
Y.Aydəmirov ehtiyatda olan zabitlərə çağırış edib:
“Mən həmişə zabitləri çox istəmişəm, onlar ordunun qızıl fondudur. Onlar olmasa heç bir xalq yaşaya bilməz. Mənim üçün Azərbaycan Ordusunda xidmət edən və tərxis olunan əsgər də əzizdir, zabit də”.
11:19 / 09 May 2026
9
11:11 / 09 May 2026
33
11:08 / 09 May 2026
23
10:37 / 09 May 2026
373
10:30 / 09 May 2026
63
10:27 / 09 May 2026
40
10:26 / 09 May 2026
37
10:25 / 09 May 2026
38
10:24 / 09 May 2026
37
10:07 / 09 May 2026
61
10:01 / 09 May 2026
53
01:00 / 09 May 2026
123
00:48 / 09 May 2026
358
00:30 / 09 May 2026
402
00:21 / 09 May 2026
363
00:00 / 09 May 2026
140
23:40 / 08 May 2026
129
23:25 / 08 May 2026
2878
23:17 / 08 May 2026
340
22:47 / 08 May 2026
253
22:38 / 08 May 2026
143
22:28 / 08 May 2026
337
22:14 / 08 May 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.