Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
11062
06.05.2020, 21:59
Son dövrlər plastik əməliyyat sırasında burun əməliyyatları mühüm yer tutur. Burun əməliyyatı ilk baxışda sadə görünsə də əslində bir çox incəlikləri vardır. Buna görə də əməliyyat etdirən zaman mütləq bu sahədə təhsil almış və ixtisaslaşmış həkimə müraciət etmək lazımdır.
Oxu24.com mövzu ilə bağlı tanınmış lor,plastik cərrah Sənan Mehdiyevlə burun əməliyyatları sahəsində suallara aydınlıq gətirib.
-Rinoplastikadan əvvəl hansı tədbirlər görülür?
- Təyin olunmuş gündən bir neçə ay əvvəl xəstə tam müayinədən keçir. Bütün lazım olan analizləri verir. EKQ, rentgen edir. Həkim bəzi dərmanlar təyin edir.
Anesteziyadan sonra ürək bulantısı və qusmanın qarşısını almaq üçün əməliyyatdan 6-8 saat əvvəl yeməkdən imtina etməlisiniz. Su az miqdarda içə bilərsiniz.
-Əməliyyatdan öncə nə qadağandır?
- Əməliyyatdan bir müddət əvvəl dərmanların qəbulu qəti qadağandır, hansı ki, bu əməliyyat zamanı qanaxmaya səbəb ola bilər. Alınan müsbət test nəticələrindən sonra həkim və xəstə rinoplastika əməliyyatı üçün gün təyin edir.
-Əməliyyatdan sonra xəstələrə nələr olmaz?
Əməliyyatdan sonrakı müddətdə sauna və ya hamamdan istifadə qəti qadağandır. Fiziki məşqlərdən imtina etmək lazımdır. Alınmış nəticəyə zərər verməmək üçün yatmaq və istirahət etmək yalnız üzü yuxarı şəkildə icazə verilir, sinəsi üstündə yatmaq olmaz.
Ən azı 3 ay ərzində günəş qəbulu arzuolunmazdır. Burun birbaşa günəş şüalarından qorunmalıdır. Visorlu papaq və ya böyük papaqlar geyinmək daha yaxşıdır.
-Əməliyyatdan sonra xəstələrə hansı dərman verilir?
İlk günlərdə xəstəyə antibakterial və ağrıkəsici dərmanlar təyin olunur. Elə geyimləri seçmək lazımdır ki, onları başdan keçirtmək lazım gəlməsin. Əməliyyatdan sonra xəstəyə ağrıkəsici verilir, buna görə ağrı hiss olunmur. Yalnız güclü halsızlıq ola bilər.
- Rinoplastika necə aparılır?
- Çox vaxt ümumi anesteziya altında aparılır. Əməliyyatın qapalı şəkildə keçirilməsi yaraların az görünməsinə səbəb olur. Amma həcmli iş olan hallar da mövcuddur ki, o vaxt açıq kəsiklər etmək lazım gəlir. İxtisaslı mütəxəssis hər şeyi səliqəli şəkildə edir, hətta kəsik izləri görünməyəcəkdir.
Bəzi hallarda sümük kəsən xüsusi alətlərə müraciət edilir. Eləcə də burun çəpər əyriliyini düzəldir.
Artıq dəri aradan qaldırılır. Hamısı tikilir və sarğı qoyulur. Buruna tikişlər və sarğılar tətbiq olunur. Bəzən burunu qorumaq və ödem görünüşünün qarşısını almaq üçün şinlərə müraciət edirlər.
Əməliyyatdan sonra nə gözlənilir?
İdeal burunun dəqiq bir tərifi yoxdur. Ona görə əməliyyatdan sonra da görünüşdən narazılıq ola bilər.
Rinoplastikadan sonra bir neçə ay ərzində eynək taxmaq olmaz, bu, sümüklərin birləşməsinə mənfi təsir göstərə bilər.
Əməliyyata görə nəfəs almaq çətin olacaq, ancaq bir həftədən bu hal keçəcək.
Həmçinin oxuyun
Həkimlə əlaqə üçün vasitələr.
İnstaqram hesabı: dr_sanan_mehdiyev
Mobil telefon: (+99450) 333 33 65 (whatsapp)





15:56 / 08 May 2026
1
15:43 / 08 May 2026
22
15:29 / 08 May 2026
111
15:21 / 08 May 2026
33
15:15 / 08 May 2026
39
15:06 / 08 May 2026
40
15:02 / 08 May 2026
75
14:56 / 08 May 2026
80
14:51 / 08 May 2026
48
14:40 / 08 May 2026
180
14:29 / 08 May 2026
225
14:24 / 08 May 2026
54
14:19 / 08 May 2026
70
14:08 / 08 May 2026
183
14:06 / 08 May 2026
76
13:57 / 08 May 2026
55
13:46 / 08 May 2026
685
13:12 / 08 May 2026
233
12:58 / 08 May 2026
77
12:51 / 08 May 2026
547
12:42 / 08 May 2026
143
12:39 / 08 May 2026
64
12:31 / 08 May 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.