Jurnalist Allahverdi Əsədovun xatirələrində Heydər Əliyev
10 May 2025, 11:06
Qaynar xətt:
(+99450) 247 90 86İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun müsahibəsi
MÜSAHİBƏ
453
16.04.2025, 17:24
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Mia.az Xəbər Portalına maraqlı müsahibə verib.
Saleh Səmədov: "Məni həmişə yalnız bir prinsip düşündürür..." - "Zonamızda Xüsusi Nümayəndəliyin yaradılması gözlənilir"
Həmin müsahibəni oxuculara təqdim edirik.
Saleh müəllim, Sizin çoxşaxəli fəaliyyətiniz İmişli rayayonunda çox yüksək qiymətləndirilir. Rayonda böyük nüfuz, hörmət qazanmısınız. Siz özünüz necə, İmişli Rayon Ağsaqqallar Şurasının sədri olduğunuz bir il ərzindəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?
Sualınıza görə təşəkkür edirəm. Mənim necə fəaliyyət göstərməyimin ən yaxşısını, obyektiv cavabı rayon əhalisi, o cümlədən istər kəndlərdə, istərsə də rayon mərkəzində yaşayanlar daha yaxşı bilir. Məni isə həmişə yalnız bir prinsip düşündürür, rayonumuzun camaatı üçün daha çox faydalı olan nələrisə etmək. Xeyirxah fəaliyyətimizə kölgə salmaq istəyən, ən yumşaq ifadə etsəm qısqanclıqla yanaşanlara ümumiyyətlə əhəmiyyət vermirəm. Yalnız bir məqsədimiz var, insanların rifah halının yaxşılaşması, məmnun həyat yaşamasıdır. Bu istiqamətdə bacardığımız hər şeyi etməyə hazırıq.
Hörmətli Saleh müəllim, sizin İmişli rayon Ağsaqqallar Şurasının sədri kimin rayonda xeyirxah istiqamətdə geniş fəaliyyət göstərməyiniz artıq respublika səviyyəsində yayılmış və rəğbətlə qarşılanır. Məsələyə bir az konkret və faktlarla yanaşsaq, arxada qalan mart ayında ağsaqqallar şurası xətti ilə hansı işləri görmüsünüz? Şübhəsiz ki, məlumatınız çoxsaylı oxucularımız üçün də maraqlı olar.
Bildirim ki, İmişli rayon Ağsaqqallar Şurasının İllik Fəaliyyət Planı var. Bu, Azərbaycan Ağsaqqallar Şursının İş Planı əsasında, habelə rayonun spesfik xüsusiyyətlərini, icra edilməsi zəruri olanları və imkanlarımızı nəzərə alaraq tərtib edilmişdir. İş Planı İmişli Rayon Ağsaqqallar Şurasının ümumi yığıncağında ətraflı müzakirə edilərək təsdiq edilmişdir.
Mart ayı ərzində gördüyümüz işlərin bəziləri haqqında qısaca olaraq aşağıdakıları deyə bilərəm:
Mart ayında 4 kəndin ərazi təşkilatının təsis yığıncağın keçirmişik. İndi İmişli rayon Ağsaqqallar Şurasının tərkibində 50 ərazi təşkilatı fəaliyyət göstərir.
Ənənəmizə sadiq qalaraq ay ərzində doğum günü olan idarə heyəti üzvləri və ərazi təşkilat sədrlərinin doğum günü tədbirləri, təbrikləri olub.
İmişli rayon Ağsaqqallar Şurasının 2025- ci il üçün İş Planı bir daha müzakirə edilib.
İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi ehtiyacı olan şəhid ailələrinin ildönümündə və zərurət yaranarsa digər hüzür sahiblərinə maddi və mənəvi dəstək göstərib.
İmişli Rayon Ağsaqqallar Şurasının Məzrəli kənd təşkilatı üçün nəzərdə tutulan otağın təntənəli açılışı keçirilib.
İmişli rayonu Cəfərli kəndində şəhidlərin xatirəsini əbədiləşdirən abidənin açılışı olub.
Novruz Bayramı və Ramazan Bayramı münasibətilə rayonda 750 nəfər aztəminatlı ailələrə bayram sövqatı verilib.
İmişli Rayon Ağsaqqallar Şurasının bayramlarda, xüsisi tarixi günlərdə vətəndaşlara təbriki və tarixi hadisənin məzmuna uyğun müraciətləri olub
Şəhər və kənd əhalisi cəlb olunmaqla rayon səviyyəsində Novruz Bayramı münasibətilə 2 günlük geniş şənlik tədbiri keçirilib.
İmişli Rayon Ağsaqqallar Şurası Ramazan bayramı ərəfəsində şəhid ailələri və ağsaqqallar şurasının üzvlərinin iştirakı ilə 300 nəfərə iftar süfrəsi təşkil edib.
31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmş tədbir təşkil olunub.
Şuranın rəhbər strukturunun üzvlərinin və tanınmış digər şəxslərin yaxınlarının dünyasını dəyişəndə rayon şurasının saytında onlara baş sağlığı verilməsi ənənəsi mart ayında da davam edib.
İmişli rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi bütün tədbirlərlə yanaşı Azərbaycan Ağsaqqallar Şurasının bir sıra tədbirləri mütəmadi olaraq rayon ağsaqqallar şurasının saytında və feyzbuk səhifəsində fotolarla birgə ətraflı yazılı məlumat verilib və s
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə cari il "Konstitusiya və Suverenlik ili" elan edilmişdir. Bu ildən gözləntiləriniz nədən ibarətdir, yaxud nə kimi dəyişikliklər gözlənilir?
Bəli, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi reallıqları, tarixi nailiyyətimizi ifadə edir. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur, Azərbaycan Respublikasının Prezidendi cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dövlətimizi daim gücləndirir. Bu uğurlu siyasəti dəstəkləməklə hər birimiz sevinir və qürur hissi keçiririk
Habelə idarəetmə getdikcə şəffaflaşır, daha çevik və optimal struktur dəyişiklikləri ilə əvəz olunur ki, zamanın tələbi olan bu zəruri yeniliklərə ciddi ehtiyac vardır. Əlbəttə, çox istərdik ki, bu istiqamətdə İmişli rayonu müsbət mənada göstərsin. Lakin təəssüflə görünən odur ki, rayonda kadrların çoxu öz üzərinə düşən vəzifələri layiqincə, məsuliyyətlə yerinə yetirməkdə çətinlik çəkirlər. Onların fəaliyyəti düzgün tənzimlənmir. Bəzən yaxşı kadrlar uzaqlaşdırılır, peşə və idarəetmə bacarıqları olmayan kadrlar seçilir, bunlar isə müəyyən fəsadlar yaratdığına görə narahatlıq doğurur.
Yəqin məlumatlısınız ki, yaxın zamanlarda digər regionlarla yanaşı, bizim yaşadığımız zonanı əhatə edən dörd rayonun da icra strukturlarının iqtisadi zona üzrə regionlaşdırılması gözlənilir. Mil-Muğan regional iqtisadi zonasının mərkəzi olan Sabirabad rayonunda artıq bir çox regional idarələr yaradılıb. Qarabağ regionunda Prezidentin xüsusi nümayənəliyi uğurla fəaliyyət göstərir. Yəqindir ki, bu nümunədə Sabirabadda da Prezidentin Xüsusi Nümayəndəliyi və onun tərkibində hər rayon üzrə kurator fəaliyyət göstərəcək.
Hesab edirəm ki, bu sistem bir sıra keyfiyyət dəyşikliyinə səbəb olacaq, təsadüfi kadrlar uzaqlaşacaqdır. Nəticədə yerlərdə kreativ düşüncəli, yaradıcı və liderlik keyfiyyətləri olan kadrlar irəli çəkiləcəkdir.
Saleh müəllim, maraqlı, məlumatlandırıcı müsahibəyə görə təşəkkür edirəm. Nəsə deyəcəyiniz hər hansı başqa bir fikiriniz varmı?
Siz də çox sağ olun! Allah dövlətimizi, dövlətçiliyimizi, dünya şöhrətli, dəmir yumuruqlu, dəmir iradəli cənab prezidentimizi qorusun!
Həmçinin oxuyun
00:01 / 12 May 2025
Yeni Papanın qol saatı müzakirə yaratdı - FOTO
53
23:55 / 11 May 2025
Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır
60
23:43 / 11 May 2025
Keçid balları arta bilər - VİDEO
46
23:40 / 11 May 2025
Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurdu - VİDEO
47
23:37 / 11 May 2025
Hindistan Pakistan təyyarələrini vurduğunu açıqladı
102
23:10 / 11 May 2025
Cənubi Koreyada hakim partiya prezidentliyə namizədini açıqladı
44
22:55 / 11 May 2025
Siqaret və alkoqolun kişi cinsi sağlamlığına mənfi təsirləri
52
22:33 / 11 May 2025
HPV - İnsan Papilloma Virusu
60
22:16 / 11 May 2025
Şəhid Xudayar Yusifzadənin şəhadətə ucaldığı yerin VİDEOSU
528
22:06 / 11 May 2025
18+ Kişilər bu üsulla cinsiyyət orqanını böyüdə bilər — Tibbi xəbər
213
22:03 / 11 May 2025
Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar
43
21:44 / 11 May 2025
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır
61
21:39 / 11 May 2025
Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi - Foto
165
21:24 / 11 May 2025
Şəhidin 13 yaşlı qızı vəfat etdi
902
20:16 / 11 May 2025
Şəhid Əbdülməcid Axundovun həyatı
168
20:07 / 11 May 2025
Hava nə vaxt düzələcək?
383
19:42 / 11 May 2025
FHN əhaliyə xəbərdarlıq etdi
1685
17:20 / 11 May 2025
"Ölsəm, məni bir-iki gün saxlayın, sonra basdırın" - Xalq artisti haqqında bilmədiklərimiz
639
16:58 / 11 May 2025
Sürünərək sərhədimizi keçiblərmiş — ŞOK VİDEO
568
16:51 / 11 May 2025
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
105
15:07 / 11 May 2025
Dəvənin qanı bu xəstəliyin dərmanı imiş — Dəvə haqda bilmədiklərimiz
661
15:01 / 11 May 2025
Ədalət Ramazanov vəfat etdi
527
14:46 / 11 May 2025
"Himnimizin sözlərini Əhməd Cavad yazmayıb" - 33 ildir haqqı yeyilən əsl müəllif kimdir?
686
14:18 / 11 May 2025
SON DƏQİQƏ! DSX açıqlama yaydı:İran tərəfdən naməlum...
785
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.