Qaynar xətt:

(+99450) 247 90 86

Qəbul imtahanında ən yüksək balı o topladı

Qəbul imtahanında ən yüksək balı o topladı

MARAQLI

4297

29.07.2021, 10:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2021-2022-ci tədris ili üçün II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

 
Oxu24.com  xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan iki nəfər - Salyan rayonu, 3 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 188 saylı orta məktəbin məzunları göstəriblər.
 
Salyan rayonu, 3 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.
 
"Azərbaycan universitetləri” səhifəsinin məlumatına görə, II ixtisas qrupu üzrə ən yüksək bal toplayan Əflan Bədəlovdur.
 
O, 3 qat respublika fənn olimpiadasının qalibidir.