Bu simvolu daşıyan sikkələr çox dəyərlidir
28 İyul 2026, 10:56
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
61
28.07.2026, 15:45
Rəqəmsal dövrün sürətli inkişafı informasiya məkanında, eləcə də insanların media istehlakı vərdişlərində köklü dəyişikliklərə səbəb olub. Sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz parçasına çevrilməsi ənənəvi medianın, xüsusən də televiziyaların fəaliyyət imkanlarına ciddi təsir göstərir. Artıq insanların çoxu ən son xəbərləri, operativ məlumatları və əyləncəni bir neçə saniyə ərzində, birbaşa mobil telefonlarından əldə etməyə üstünlük verirlər. Bu amansız rəqabət mühiti televiziya kanalları üçün tamaşaçı kütləsini qoruyub saxlamaq kimi ağır bir sınaq yaradır. Mavi ekranın internetin təqdim etdiyi sürət və interaktivlik qarşısında öz cazibəsini itirməməsi kanallardan tamamilə yeni və çevik strategiyalar tələb edir. Xüsusilə də yeni nəslin televiziyadan sürətlə uzaqlaşması fonunda telekanallar yayım siyasətlərinə yenidən baxmağa, forma və məzmunu yeniləməyə məcburdurlar. Bəs görəsən, indiki informasiya bolluğu şəraitində televiziyaya baxan varmı və vətəndaşlarımız daha çox hansı formatlı verilişləri seçirlər? Biz gündəmin bu aktual məsələsi – sosial şəbəkələrin populyarlaşması fonunda televiziya kanallarının tamaşaçını özündə saxlamaq üçün nələrə diqqət etməli olduğu barədə həm vətəndaşların, həm də mütəxəssislərin mövqeyini öyrəndik. Oxu24.com olaraq keçirdiyimiz kiçik sorğu bir daha sübut edir ki, tamaşaçıların zövqü yaş qruplarına və fərdi maraqlara uyğun olaraq kəskin şəkildə fərqlənir. İndi isə sizə həm izləyicilərin televiziya seçimləri ilə bağlı sorğunun nəticələrini, həm də tanınmış media ekspertinin çıxış yolunu göstərən təhlilini təqdim edirik.
İnsanlar televiziyada nələrə baxırlar? (SORĞU)
Vətəndaşlar arasında apardığımız sorğu nəticəsində məlum olub ki, hələ də konkret televiziya proqramlarını daimi olaraq izləyən tamaşaçı auditoriyası mövcuddur:
İzləyici Ç. Ağayeva bildirib ki, fərqli kanallarda müxtəlif layihələri izləyir. Onun seçimləri arasında İTV-də yayımlanan “Milyonların şousu” və “Əlaçı” intellektual yarışmaları, ARB telekanalında “Axşam 7-də” verilişi, həmçinin Space TV-də Amil Xəlilin təqdimatında yayımlanan proqramlar yer alır.
Digər respondentimiz T. Məmmədova isə televiziyada daha çox səhər və məlumatlandırıcı xarakterli proqramlara üstünlük verir. O, Space TV-də “Dadlı səhər” və Amil Xəlilin proqramlarını, Xəzər TV-də “Qonaqcanlı” verilişini, eləcə də İTV-də “İTV Xəbər” buraxılışlarını müntəzəm izlədiyini qeyd edib.
Gənclər arasında apardığımız rəy sorğusu isə göstərir ki, gənc nəsilin əksər hissəsi televiziyadan daha çox əyləncə və intellektual qida axtarsa da, digər hissəsi isə ümumiyyətlə televiziyada uzaqdadır. Bu da sosial medianın onlara təsirindən irəli gəlir.
Televiziyaya baxan gənclərin əksəriyyəti məhz İTV-də yayımlanan "Milyonların şousu", "Əlaçı" və bu qəbildən olan digər əyləncəli-intellektual televiziya layihələrinə baxdıqlarını vurğulayıblar.
Ekspert nə deyir?
Məsələnin peşəkar tərəfini və medianın gələcək inkişaf istiqamətlərini Oxu24.com-a tanınmış media eksperti Zeynal Məmmədli şərh edib. Ekspert mövcud durumu təhlil edərək, kanalların dəyişən informasiya mühitində necə ayaqda qalmalı olduğuna diqqət çəkib:
"Cəmiyyət-hökumət-media münasibətləri, medianın reklam bazarı, müstəqil reklam qaynaqlarının olub-olmaması, yetərlilik dərəcəsi və s. önəmli amillər gözardı edilə bilməz. Azərbaycandakı sosial şəbəkələr postsovet jurnalistikanın qalmaqalını, aqressiyasını, gurultusunu, duyğu yükünü, dərindən düşünməyə macal verməyən ani reaksiyasını əsas götürdü və beləcə, forma məzmunu əvəzlədi. Bilgi texnologiyası sürətlə dəyişdi, sanki hamıya açıqlıq, kefi istəyənin müəllifə çevrilmə durumunu yaratdı. Açıq cəmiyyət bir subyekt kimi formalaşmadan belə açıqlığın nəyə varacağı çoxsəsliliyi qurbağa gölünə çevirdi”.
Onun sözlərinə görə, məsuliyyətli sözün (səsin, görüntünün) unudulması ciddi ictimai dartışmanı sanki ölümə məhkum etdi. Kütləvi bəsitliyə canatım çağında elə də anlaşıqlı olmayan və başağrısına çevrilən dolğun ictimai müzakirələr gərəksiz sayıldı. Mədəni yaddaşı məlumatın - bilginin səs-küyü əvəzlədi.
Media peşəkarları çox müxtəlif səbəblərdən gərəyincə dirəniş göstərə bilmədi və ya belə dirənişi gərək bilmədi…
Durumu necə dəyişmək olar?
Zeynal Məmmədli qeyd edib ki, açıq cəmiyyətə çevrilmədən o sualı cavablamaq mümkün deyil:
“Hər kəsin özünü tanıtmalı və mediadan nə gözlədiyini, nə umduğunu dəqiqləşdirilməlidir. Sərbəst bazar oluşmalıdır. Əyləncə mediası, maqazin mediası və bilgiləndirməni hədəf seçən media ayrılıb bilinməlidir və çox uzun, ağrılı, sınaqlı bir yola çıxılmalıdır. Hədəfi dolğun-dürüst-doğru bilgiləndirmək olan teleproqramlar qısa, çevik, oynaq vasitələrdən yararlanaraq seyrçilərə üz tutmalı və onların güvənini qazanmaq üçün sevgiylə, empatiyayla, həm də peşəkarca çalışmalıdır”,- deyə ekspert bildirib.
Çimnaz Ağayeva
16:45 / 28 İyul 2026
10
16:35 / 28 İyul 2026
38
16:30 / 28 İyul 2026
32
16:15 / 28 İyul 2026
63
16:10 / 28 İyul 2026
54
15:59 / 28 İyul 2026
58
15:30 / 28 İyul 2026
60
15:15 / 28 İyul 2026
69
15:00 / 28 İyul 2026
84
14:45 / 28 İyul 2026
77
14:32 / 28 İyul 2026
139
14:31 / 28 İyul 2026
92
14:30 / 28 İyul 2026
69
14:14 / 28 İyul 2026
79
14:11 / 28 İyul 2026
82
13:55 / 28 İyul 2026
70
13:40 / 28 İyul 2026
75
13:20 / 28 İyul 2026
88
12:59 / 28 İyul 2026
93
12:55 / 28 İyul 2026
92
12:50 / 28 İyul 2026
827
12:46 / 28 İyul 2026
209
12:45 / 28 İyul 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.