Qaynar xətt:

(+99450) 247 90 86

Elmlər Akademiyasının ilk prezidenti  HAQQINDA MARAQLI FAKTLAR

Elmlər Akademiyasının ilk prezidenti  HAQQINDA MARAQLI FAKTLAR

MARAQLI

67

15.10.2026, 13:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində dünyaya göz açıb.

O, 1908-ci ildə gimnaziyanı bitirib və elə həmin illərdə ictimai fəaliyyətə başlayaraq dövrün mətbuatında Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyətinə dair məqalələrlə çıxış edib.

Ali təhsilini 1913-cü ildə Odessada yerləşən Novorossiya İmperator Universitetinin tibb fakültəsində tamamlayıb, üç il Odessada çalışdıqdan sonra 1916-cı ildə peşəkar cərrah kimi Bakıya qayıdıb.

Bakıya qayıtdıqdan sonra hərbi lazaretdə, 1 nömrəli doğum evində və Mixaylovsk xəstəxanasında çalışan Mir Əsədulla Mirqasımov qısa müddətdə böyük təcrübə qazanıb.

O, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətə cəlb edilərək əvvəlcə dosent, sonralar isə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahlığı kafedrasının müdiri kimi uzun illər yüksəkixtisaslı həkim kadrlarının yetişdirilməsinə rəhbərlik edib.

Azərbaycanda müasir tibb təhsilinin və milli cərrahiyyə məktəbinin əsasını qoyan simalardandır. O, 1927-ci ildə sidik yolları daş xəstəliklərinə dair tədqiqatını uğurla müdafiə edərək ölkənin ilk tibb elmləri doktoru və ilk azərbaycanlı alim-cərrahı adını qazanıb, 1929-cu ildə isə professor elmi dərəcəsinə layiq görülüb.

1945-ci ildə yaradılan Azərbaycan SSR Elmlər Akademiyasının təşkilatçılarından biri olub və yekdilliklə onun ilk prezidenti seçilib. 1947-ci ilə qədər akademiyaya rəhbərlik edən M. Mirqasımov həmçinin SSRİ Ali Sovetinin üç çağırış deputatı seçilib, elmi və ictimai xidmətlərinə görə "Lenin", iki "Qırmızı Əmək Bayrağı" və "Qırmızı Ulduz" ordenləri ilə təltif edilib.

Ömrünü bütövlüklə elmə və insan sağlamlığına həsr edən akademik  20 iyul 1958-ci ildə Bakıda vəfat edib. Onun ailəsi də Azərbaycan mədəniyyətinə böyük töhfələr verib; görkəmli heykəltəraş Mirəli Mirqasımovun, fizika-riyaziyyat elmləri doktoru Rüfət Mirqasımovun və tanınmış kinorejissor Oqtay Mirqasımovun atası, istedadlı aktrisa Ayan Mirqasımovanın (Oktay Mirqasımovun qızı) isə babasıdır.

JALƏ

İlham Əliyev əsasnaməni təsdiqləyib

12:51 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev əsasnaməni təsdiqləyib

345

0
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb 

12:49 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb 

69

0
16 oktyabrda HAVA BELƏ OLACAQ

12:48 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

16 oktyabrda HAVA BELƏ OLACAQ

83

0
Prezident: Azərbaycan ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir 

12:45 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir 

69

0
Rusiyalı turistlər Azərbaycanda rekord məbləğdə pul xərcləyirlər –  AÇIQLAMA  

12:31 / 15 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rusiyalı turistlər Azərbaycanda rekord məbləğdə pul xərcləyirlər –  AÇIQLAMA  

69

0
Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib 

12:28 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib 

72

0
Mərkəzi Bankın yeni tarifi kart köçürmələrini ucuzlaşdıracaq? — İqtisadçıdan AÇIQLAMA 

12:19 / 15 Oktyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Mərkəzi Bankın yeni tarifi kart köçürmələrini ucuzlaşdıracaq? — İqtisadçıdan AÇIQLAMA 

100

0
 Nazirlər Kabineti bu  məsələləri həll etsin  - PREZİDENTİN FƏRMANI

12:16 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

 Nazirlər Kabineti bu  məsələləri həll etsin  - PREZİDENTİN FƏRMANI

1389

0
Prezident İlham Əliyev: Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır 

12:14 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır 

63

0
İlham Əliyev: Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk 

12:10 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev: Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk 

69

0
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir

12:08 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir

68

0
Türkiyədən gələn bu hərəkətlərin qarşısı alınmalıdır   —  POLİTOLOQLA MÜZAKİRƏ

12:01 / 15 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyədən gələn bu hərəkətlərin qarşısı alınmalıdır   —  POLİTOLOQLA MÜZAKİRƏ

112

0