Xam neftin tərkibinə təxminən 1000 komponent daxildir.
Bir damcı neft 25 litr içməli suyu yararsız hala sala bilər.
Hər 1 barrel çıxarılan neftin ancaq yarısı benzinə çevrilir, qalan yarısı isə bir çox müxtəlif məhsulların istehsalında istifadə olunur.
Yaxın keçmişdə benzinin qiyməti çox ucuz olub, çünki o yararsız məhsul hesab edilirdi.
Təxminən 150 il bundan əvvəl benzin neftin işlənməsindən alınan ən yararsız məhsul sayılırdı. O zamanlar neftayırma əsasən kerosinin əldə olunmasına xidmət edirdi. Benzin isə tullantı hesab edilir, ən yaxşı halda ləkə əleyhinə maddə kimi məişətdə istifadə olunurdu. Bir çox neftayırma şirkətləri benzin satılmadığından onu yararsız bir maddə kimi çaya axıdırdılar.
İlk daxili yanma mühərrikləri benzin ilə işləmirdi (müxtəlif yanacaq məhsulları istifadə edilirdi, əsasən bu məqsədlə kastor yağı ilə spirt qarışığından istifadə olunurdu) Lakin sonradan benzinin ucuz olduğunu görən ixtiraçı dizaynerlər hazırladıqları mühərrikləri bu yanacağa yönəltdilər. Hazırda neftin qiyməti yalnız benzin və ya dizelin qiyməti ilə deyil, xüsusilə ərzaq məhsullarının qiymətləri ilə müəyyən edilir, çünki onun dəyəri malların nəqlindən və digər amillərin təsirindən təsirlənir.
Neft sözünün etimologiyası
“Neft” sözünün necə yaranması maraqlı olsa da, hələ ki bu barədə dəqiq məlumat yoxdur. Bu istiqamətdə bir neçə versiya mövcuddur. Bəzi mənbələrdə “neft” sözünün farslara qədim semitlərdən keçdiyi güman edilir. Sözdə “npt” fel kökü açıq aydın görünür ki, bu da semit dilindən tərcümədə “boşaltmaq” kimi tərcümə edilir.
Digər bir mənbədə isə “neft” sözünün akkadların dilindən gəldiyi, həmin dildə “yanmaq” mənası daşıdığı bildirilir. Bəzi mənbələr fars dilindəki “naft” sözündən alındığını, “maye məhsul” anlamına gəldiyini iddia edirlər.
Çində hələ 347-ci ildə bu ölkədə ilk neft quyusu qazıldığı zaman oradan çıxan məhsulu “şiyou” adlandırmışdılar. Tərcümədə bu söz “dağ yağı” mənasını verir. Çində neftə indiyədək də “şiyou” deyilir.
İngilislər isə xam nefti “petroleum” adlandırırlar. Bu söz yunan sözü “petra” (dağ) ilə, latın sözü “oleum” (yağ) sözünün birləşməsindən yaranıb.
Nəsli kəsilmiş dinozavrların neftlə heç bir əlaqəsi yoxdur
Qeyri-dəqiq məlumatlardan biri də neftin nə vaxtsa ölmüş dinozavrların qalıqlarından yaranması ilə bağlıdır. Bu məlumat da həqiqətlə uyğunlaşmır.
Hazırda dünya elmi cəmiyyəti neftin formalaşması üçün əsas “xammal”ın dünya okeanının sahil hissəsində yaşayan fitoplankton olduğunu hesab edir.
Neft altı min ildən artıqdır ki, praktik olaraq istifadə olunur
Neft demək olar ki, insan sivilizasiyası yarandığı gündən bəri istifadə olunur. Qədim Babilistanda bitumdan tikintidə geniş istifadə olunurdu. Yol tikintisində hudrondan istifadəyə isə ilk dəfə VIII əsrdə Bağdadda başlanıldı. Qədim Misirdə işıqlandırıcı lampalarda yanacaq kimi yüngül tərkibli neftdən istifadə olunurdu. Oxu24.com
ŞƏRHLƏR