Qaynar xətt:

(+99450) 247 90 86

Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs saxlanılıb

Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs saxlanılıb

KRİMİNAL

389

04.06.2022, 18:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə pul oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb.

Saxlanılan şəxs əməlini etiraf edib. Həmin şəxs barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib.

Hazırda onun barəsində cinayət işi üzrə ibtidai istintaq aparılır. T.Məmmədovun əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.