DSX əməliyyat keçirib
11 Noyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
825
25.05.2026, 12:16
Gimnastika məşqçisi N.Kərimova paytaxtın Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda olarkən hücuma məruz qalıb.
Oxu24.com xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Gənc qadın bildirib ki, hadisə mayın 22-si günorta saatlarında “Dəniz Mall”ın yaxınlığında baş verib: “Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən mənə yaxınlaşıb və fiziki təmas edərək təcavüz etdi. O mənə əxlaqsız sözlər dedi. Çəkiliş üçün istifadə etdiyim ştativlə həmin şəxsi vurandan sonra yumruqla çənəmə zərbə endirdi. Mən ona müqavimət göstərdikdə bıçaq çıxarıb üzərimə gəldi, həmin vaxt yaxınlıqdan keçən bir oğlan ona qışqıraraq fikrini yayındırdı və mən oradan uzaqlaşaraq mühafizəçiləri axtarmağa başladım”.
Ona kömək edən şəxsə minnətdarlıq edən N.Kərimova hadisə ilə bağlı polisə məlumat verdiyini əlavə edib.
Qafqazinfonun yazdığına görə, bulvarda xanıma qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törətmiş şəxs artıq müəyyən edilib. Belə ki, daxil olan məlumata görə, Səbail rayonu Dənizkənarı bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.
13:44 / 11 Noyabr 2026
1
13:41 / 11 Noyabr 2026
12
13:33 / 11 Noyabr 2026
94
13:27 / 11 Noyabr 2026
63
13:19 / 11 Noyabr 2026
54
13:13 / 11 Noyabr 2026
59
12:57 / 11 Noyabr 2026
120
12:54 / 11 Noyabr 2026
115
12:48 / 11 Noyabr 2026
95
12:44 / 11 Noyabr 2026
141
12:35 / 11 Noyabr 2026
209
12:32 / 11 Noyabr 2026
101
12:29 / 11 Noyabr 2026
84
12:24 / 11 Noyabr 2026
593
12:19 / 11 Noyabr 2026
448
12:15 / 11 Noyabr 2026
104
12:09 / 11 Noyabr 2026
94
11:57 / 11 Noyabr 2026
658
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
212
11:43 / 11 Noyabr 2026
1366
11:34 / 11 Noyabr 2026
127
11:32 / 11 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.