Arif Abbasov həbs edilib - ŞOK TƏFƏRRÜAT
11 Noyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
644
12.05.2026, 16:55
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun məhkəməsində mayın 25-i hökm oxunacağı gözlənilir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda vəkillər yekun çıxış ediblər.
Proses kifayət qədər uzun müddət davam etdiyindən sədrlik edən hakim Fəxri Məmmədov təqsirləndirilən şəxslərə zərərçəkmişlə barışıq əldə etmək üçün son şans verib.
Bu iş üzrə zərərçəkmiş iş adamı Qurban Piriyevdir. İttihamda yazılıb ki, o, rayonlardan birinin icra başçısı təyin edilməsinə köməklik etmək üçün Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədova 510 min manat pul, 34 min man manatlıq qızıl-zinət əşyaları verib.
Yarım milyonun 150 min manatı ilkin istintaq müddətində Piriyevə geri qaytarılıb. Hazırda isə qaytarılmamış 300 min manat və 34 minlik əşyalar qalıb.
Məsələ burasındadır ki, Zaur Mirzə-Zadə və Qoşqar Məmmədov qalan ziyandan heç nə ödəmir. Rasim İldırım isə zərərçəkmiş tərəfə daha 150 min manat verib söhbəti bağlamaq istəyir. Amma bu təklif də Qurban Piriyevi razı salmır.
Daha əvvəlki iclasda prokuror ittihamların sübuta yetirildiyini açıqlayıb, təqsirləndirilən şəxslərin hərəsinin 12 il azadlıqdan məhrum edilməklə məhkəmə zalında qandallanmalarını tələb edib. İş adamı da ziyanın tam ödənilmədiyi halda müttəhimlərin həbsini dəstəkləyir.
22:15 / 11 Noyabr 2026
1
22:11 / 11 Noyabr 2026
28
22:07 / 11 Noyabr 2026
29
22:06 / 11 Noyabr 2026
43
21:59 / 11 Noyabr 2026
55
21:45 / 11 Noyabr 2026
63
21:14 / 11 Noyabr 2026
387
21:08 / 11 Noyabr 2026
308
21:05 / 11 Noyabr 2026
104
20:58 / 11 Noyabr 2026
107
20:49 / 11 Noyabr 2026
541
20:47 / 11 Noyabr 2026
96
20:28 / 11 Noyabr 2026
101
20:22 / 11 Noyabr 2026
120
20:19 / 11 Noyabr 2026
101
20:08 / 11 Noyabr 2026
101
19:57 / 11 Noyabr 2026
540
19:49 / 11 Noyabr 2026
132
19:43 / 11 Noyabr 2026
117
19:33 / 11 Noyabr 2026
143
19:19 / 11 Noyabr 2026
190
19:07 / 11 Noyabr 2026
128
18:42 / 11 Noyabr 2026
518
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.