Rusiyada məktəbdə atışma olub, yaralılar var
12 May 2026, 14:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
56
12.05.2026, 13:34
Goranboyda mağazadan 300 min manata yaxın oğurluq edən şəxslərlə bağlı yeni detallar üzə çıxıb.
Oxu24.com Ajans.az -a istinadən xəbər verir ki, Goranboyda yerləşən “Orbit Elektronika” mağazasında 300 min manata yaxın oğurluq hadisəsi baş verib. Bildirilir ki, anbardakı bütün mallar daşınaraq satılıb. Fakt ötən ildən məlum olub.
Məlumata görə, oğurluğu həyata keçirən şəxslərdən biri mağazanın işçisi Arif Quliyev olub. Hadisə baş verən zaman bununla bağlı Daxili İşlər Nazirliyi tərəfindən rəsmi məlumat da yayılmışdı. Oğurluq faktı ilə əlaqədar Arif Quliyev və Nofəl Musayev saxlanılıblar. Arif Quliyev həbs olunsa da, Nofəl Musayevin hazırda azadlıqda olduğu və taksi sürücüsü kimi fəaliyyət göstərdiyi bildirilir.
Arif Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadəsi zamanı bildirib ki, oğurluğu tək törətməyib. Onun sözlərinə görə, hadisədə Azad Cəfərov adlı şəxs və Nofəl Musayev də iştirak edib. Bildirilib ki, Azad əvvəllər “Orbit Elektronika” mağazasında Arif Quliyevlə birlikdə çalışıb.
Arif Quliyev qeyd edib ki, anbarın açarı və kamera görüntüləri Azadın nəzarətində olub. Sahibkarın ona böyük etimad göstərdiyi, lakin sonradan həmin etimaddan sui-istifadə etdiyi iddia olunur.
Qonşu mağazanın sahibi Namiq Qasımov da Azad Cəfərovun şübhəli hərəkətlər etdiyini bildirib. Onun sözlərinə görə, oğurluq baş verən dövrdə “Orbit Elektronika” mağazasına təxminən 3000-3300 manat borcu olub. Namiq Qasımov iddia edir ki, Azad Cəfərov ona sahibkar borcu soruşarsa, məbləği 23 min manat kimi deməsini istəyib. Lakin o, bunu etməyib.
Fotoda: Namiq Qasımov
Bundan əlavə, Namiq Qasımov bildirib ki, zaman-zaman mağazanın qarşısına soyuducu, paltaryuyan maşınlar və sair kimi məhsullar qoyulurdu. Azaddan bunun səbəbini soruşduqda isə, “Səndən soruşan olsa, de ki, mən almışam”, — deyə cavab verirdi. O qeyd edib ki, mağazanı bağlayıb gedəndən sonra səhər gəlib məhsulların yerində olmadığını görüblər. Buna baxmayaraq, əvvəlcə Azaddan şübhələnmədiklərini, çünki onun belə addım atacağını gözləmədiklərini deyib.
Məlumata görə, Azad mağazada işlədiyi dövrdə təxminən 600 manat maaş alıb. Hazırda isə onun Gəncə şəhərində mağaza və salonunun olduğu bildirilir.
Həmçinin iddia olunur ki, Azad insanlara hüquq-mühafizə orqanlarının adından təzyiq göstərərək onları qorxudub. Bildirilir ki, o, bu səbəbdən məsuliyyətdən yayındığını iddia edib. Buna baxmayaraq, oğurluq faktının onun fəaliyyəti dövründə baş verdiyi qeyd olunur.
Şikayəti Ajans.az xəbər portalının baş redaktoru, jurnalist Tural Müseyibov araşdırıb:
14:25 / 12 May 2026
15
14:23 / 12 May 2026
15
14:21 / 12 May 2026
22
13:49 / 12 May 2026
153
13:48 / 12 May 2026
71
13:11 / 12 May 2026
422
13:02 / 12 May 2026
140
12:56 / 12 May 2026
122
12:49 / 12 May 2026
390
12:47 / 12 May 2026
60
12:43 / 12 May 2026
81
12:40 / 12 May 2026
71
12:31 / 12 May 2026
217
12:25 / 12 May 2026
74
12:20 / 12 May 2026
73
12:05 / 12 May 2026
98
12:02 / 12 May 2026
162
11:54 / 12 May 2026
76
11:43 / 12 May 2026
84
11:38 / 12 May 2026
128
11:23 / 12 May 2026
1210
11:19 / 12 May 2026
71
11:11 / 12 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.