Arif Abbasov həbs edilib - ŞOK TƏFƏRRÜAT
11 Noyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
791
12.05.2026, 10:30
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası mayın 25-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.
Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.
Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.
22:32 / 11 Noyabr 2026
1
22:31 / 11 Noyabr 2026
26
22:26 / 11 Noyabr 2026
5967
22:22 / 11 Noyabr 2026
35
22:20 / 11 Noyabr 2026
38
22:15 / 11 Noyabr 2026
342
22:11 / 11 Noyabr 2026
65
22:07 / 11 Noyabr 2026
74
22:06 / 11 Noyabr 2026
74
21:59 / 11 Noyabr 2026
109
21:45 / 11 Noyabr 2026
79
21:14 / 11 Noyabr 2026
544
21:08 / 11 Noyabr 2026
351
21:05 / 11 Noyabr 2026
109
20:58 / 11 Noyabr 2026
117
20:49 / 11 Noyabr 2026
566
20:47 / 11 Noyabr 2026
101
20:28 / 11 Noyabr 2026
105
20:22 / 11 Noyabr 2026
125
20:19 / 11 Noyabr 2026
105
20:08 / 11 Noyabr 2026
105
19:57 / 11 Noyabr 2026
566
19:49 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.