SON DƏQİQƏ!Hava Limanında TUTULDU -VİDEO
11 İyul 2026, 11:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
659
24.02.2026, 17:32
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Batabat” restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub.
Oxu24.com xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb.
Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir.
Aqil adlı şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işinə Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 29 may 2025-ci ildə restoranın direktoru təyin olunub. Lakin bu rəsmi şəkildə baş verməyib. Aqilin sözlərinə görə, onu restoranın direktoru vəzifəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının keçmiş sədri, sabiq deputat Səttar Möhbalıyev təyin edib.
Aqil əlavə edib ki, iyul ayının 12-dək qeyri-rəsmi olaraq restoranın direktoru vəzifəsində çalışıb. Daha sonra Türkiyəyə gedib. O, restoranın pullarını “Pinco-Casino” adlı kazinoda uduzduğunu deyib.
Məhkəmənin hökmü ilə Aqil 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edilib ki, “Batabat” restoranı “Batabat Restoranı” MMC-yə məxsusdur. Bu MMC-nin qanuni təmsilçisi Möhbalıyev Ayxan Namiq oğludur. O, Səttar Möhbalıyevin qardaşı oğludur.
Mediada gedən məlumatlara görə, “Batabat” restoranı Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun nəzarətində olan “Nəqşicahan Holdinq”in tərkibində fəaliyyət göstərib. Vasif Talıbov tutduğu vəzifədən azad edildikdən sonra onun biznes imperiyası da çökməyə başlayıb.
Belə ki, Ali Məclisin keçmiş sədrinin nəzarətində olan biznes subyektləri, o cümlədən “Batabat” restoranı onun əlindən çıxıb. Restoran Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bir müddət sonra isə Səttar Möhbalıyev obyekti özəlləşdirib.
20:56 / 12 İyul 2026
58
19:59 / 12 İyul 2026
57
19:59 / 12 İyul 2026
61
19:49 / 12 İyul 2026
62
19:29 / 12 İyul 2026
97
14:21 / 12 İyul 2026
197
13:36 / 12 İyul 2026
1225
13:31 / 12 İyul 2026
113
13:28 / 12 İyul 2026
86
13:27 / 12 İyul 2026
82
13:25 / 12 İyul 2026
85
13:12 / 12 İyul 2026
609
13:02 / 12 İyul 2026
605
00:51 / 12 İyul 2026
221
00:26 / 12 İyul 2026
393
22:18 / 11 İyul 2026
116
22:14 / 11 İyul 2026
252
21:52 / 11 İyul 2026
204
21:33 / 11 İyul 2026
198
20:35 / 11 İyul 2026
209
20:31 / 11 İyul 2026
218
20:15 / 11 İyul 2026
212
19:54 / 11 İyul 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.