Gəncədə 25 yaşlı kişi meyiti tapıldı
19 Avqust 2026, 20:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
342
08.05.2025, 16:07
“Malibo” MTK binasında yaşayan vətəndaşa liftdən istifadə etməyə icazə vermir.
“Qafqazinfo”nun məlumatına görə, MTK-nın inşa etdiyi binanın sakini Rəna İsmayılova məsələ ilə bağlı məhkəməyə müraciət edib.
İddiaçı bildirib ki, 2022-ci ildə “Malibo” MTK-nın Nəsimi rayonunda tikdiyi binadan 202 min 130 manata mənzil alıb. Lakin bir müddət əvvəl şirkət kommunal borcların ödənilmədiyini əsas gətirərək binanın lift sistemini idarə edən brelokları bloklayıb. Bu isə vətəndaşın mənzilinə çıxış hüququnu məhdudlaşdırıb.
Ərizədə qeyd olunub ki, liftlər binanın ümumi istifadədə olan texniki sahələrinə aiddir və onlardan istifadə hüququ bütün mənzil sahiblərinə aiddir. Əgər sakinlərin hər hansı biri borcludursa, MTK yalnız həmin şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər. Amma borca görə vətəndaşın mənzilinə çıxışını məhdudlaşdırmaq hüquqi baxımdan yolverilməzdir.
İddiaçı MTK-nın bank hesabına iddia məbləği qədər həbs qoyulmasını və brelokların bloklanmasının aradan qaldırılmasını tələb edib.
Nəsimi Rayon Məhkəməsi əvvəl ərizəni geri qaytarsa da, sonradan vətəndaşın hüququnu tanıyıb. Qərarda deyilir ki, vətəndaşla şirkət arasında mülki məhkəmə icraatı yekunlaşana kimi, lift brelokları blokdan çıxarılmalıdır.
Maraqlıdır ki, şikayətçi vətəndaş R.İsmayılova sosial şəbəkə hesabında etdiyi paylaşımda “Malibo” MTK-nın hələ də məhkəmə qərarını icra etmədiyini bildirib.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.