Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
12 May 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
246
12.06.2024, 16:27
Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
16:55 / 12 May 2026
22
16:53 / 12 May 2026
24
16:27 / 12 May 2026
67
16:11 / 12 May 2026
67
15:49 / 12 May 2026
61
15:42 / 12 May 2026
110
15:31 / 12 May 2026
67
15:30 / 12 May 2026
553
15:26 / 12 May 2026
359
15:15 / 12 May 2026
80
15:04 / 12 May 2026
71
14:55 / 12 May 2026
71
14:50 / 12 May 2026
70
14:44 / 12 May 2026
76
14:38 / 12 May 2026
69
14:35 / 12 May 2026
79
14:25 / 12 May 2026
65
14:23 / 12 May 2026
92
14:21 / 12 May 2026
81
13:49 / 12 May 2026
472
13:48 / 12 May 2026
100
13:34 / 12 May 2026
88
13:11 / 12 May 2026
880
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.