Sürücülük vəsiqəsi ilə bağlı mühüm DETAL: Hansı halda imtahansız verilir?
29 Sentyabr 2026, 14:21
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
4150
12.05.2026, 13:11
Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər?
Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri də nəqliyyat vasitəsinin mühafizə olunan duracağa, xalq arasında "cərimə meydançası" kimi tanınan yerə aparılmasıdır. Bu proses bir çox hallarda sürücülər və yol polisi əməkdaşları arasında mübahisələrə səbəb olur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev qanunvericiliyin tələblərini və avtomobilin duracağa çəkilməsinin əsas səbəblərini təfərrüatları ilə izah edib.
Vəkil Əlövsət Allahverdiyev bildirib ki, avtomobilin cərimə meydançasına aparılmasının ən geniş yayılmış səbəblərindən biri parklanma qaydalarının pozulmasıdır.
Ekspert vurğulayıb ki, əgər nəqliyyat vasitəsi yol hərəkəti və ya piyadaların keçidi üçün ciddi maneə yaradırsa və bu zaman sürücü avtomobilin yanında deyilsə, həmin maşın təxliyə (evakuasiya) edilərək duracağa aparılmalıdır. Sürücü yerində olduqda isə avtomobil duracağa aparıla bilməz, sadəcə inzibati cərimə tətbiq edilir.
Vəkil xüsusi olaraq diqqətə çatdırıb ki, qanunvericilikdə nəqliyyat vasitəsinin saxlanılmasını şərtləndirən konkret maddələr mövcuddur.
Ə.Allahverdiyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulan ağır qayda pozuntuları zamanı avtomobilin duracağa yerləşdirilməsi qaçınılmazdır:
-Sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ya etibarnamə (lazım olan hallarda) olmadıqda;
-Sürücünün spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələrin təsiri altında olduğu aşkar edildikdə;
-Məcəllənin 346-cı maddəsinə uyğun olaraq, qadağan olunmuş yerlərdə, xüsusilə də tunellərdə, körpülərdə və ya ikinci cərgədə park edən avtomobillər.
Vəkil həmçinin əlavə edib ki, sürücünün ödənilməmiş cərimələrinin olması da ciddi bir əsasdır.
Ekspert vurğulayıb ki, barəsində inzibati xəta haqqında qərar olan, lakin qanuni müddət ərzində cəriməsini ödəməyən sürücülərin avtomobilləri "saxlanılma" statusuna düşür.
Eyni zamanda, əgər xəta ilə bağlı qərar və ya digər hüquqi sənədlər sürücünün ünvanına çatdırıla bilmirsə və ya sürücü onlardan boyun qaçırırsa, bu halda da nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması hüquqi zərurət kimi qarşıya çıxır.
Çimnaz Telmanqızı
18:06 / 29 Sentyabr 2026
1
18:00 / 29 Sentyabr 2026
20
17:41 / 29 Sentyabr 2026
47
17:30 / 29 Sentyabr 2026
53
17:20 / 29 Sentyabr 2026
54
17:19 / 29 Sentyabr 2026
56
17:15 / 29 Sentyabr 2026
54
17:11 / 29 Sentyabr 2026
76
17:05 / 29 Sentyabr 2026
55
17:02 / 29 Sentyabr 2026
50
16:58 / 29 Sentyabr 2026
66
16:56 / 29 Sentyabr 2026
68
16:46 / 29 Sentyabr 2026
175
16:31 / 29 Sentyabr 2026
71
16:24 / 29 Sentyabr 2026
56
16:19 / 29 Sentyabr 2026
239
16:14 / 29 Sentyabr 2026
53
16:05 / 29 Sentyabr 2026
67
16:01 / 29 Sentyabr 2026
49
15:54 / 29 Sentyabr 2026
72
15:44 / 29 Sentyabr 2026
469
15:41 / 29 Sentyabr 2026
73
15:10 / 29 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.