Cəlilabadda 10 yaşlı uşaq yüksək qızdırmadan ölüb.
11 Noyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5223
12.05.2026, 12:31
Nazirlər Kabinetinin təsdiqlədiyi 2026/2027-ci tədris ili üçün qəbul planında kolleclərdə "Fiziki tərbiyə müəllimliyi" ixtisasının ləğv edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları bunu kolleclərin mərhələli şəkildə bağlanması kimi qiymətləndirsə də, ekspertlər məsələnin mahiyyətinin fərqli olduğunu bildirirlər.
Təhsil eksperti Elçin Süleymanov mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında maraqlı məqamlara toxunub.
Ekspertin sözlərinə görə, bu qərar təhsilin inkişaf strategiyasına uyğun olaraq müəllim heyətinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
“Müəllimlik üçün bakalavr dərəcəsi əsas hədəfdir”.
Ekspert bildirib ki, dövlətin əsas hədəfi müəllimlərin ən azı bakalavr, daha sonra isə magistr təhsilinə sahib olmasıdır:
“Təhsilin inkişafı üzrə strateji sənədlərdə müəllimlərin ali təhsilli olması əsas hədəf kimi götürülüb. Hazırda Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında bu ixtisasa kifayət qədər ali təhsilli müraciət var. Belə bir rəqabət mühitində kollej təhsilli şəxslərin işlə təminatı çətinləşirdi”.
E.Süleymanov qeyd edib ki, bu proses kolleclərin bağlanması deyil, onların əmək bazarının müasir tələblərinə uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, pedaqoji ixtisaslar tədricən kollec sistemindən çıxarılır:
“Kolleclər daha çox bu sahələr üzrə kadr hazırlığına yönələcək. Kompüter texnologiyaları, avtomatika və rəqəmsal bacarıqlar ön plana çıxacaq. Bərpa olunan enerji sahəsi və tibbi avadanlıqların istifadəsi, eləcə də fizioterapiya kimi spesifik sahələr üzrə ixtisaslaşma gedəcək”.
Ekspert həmçinin xatırladıb ki, hazırda bir çox kolleclər universitetlərin idarəçiliyinə verilib. Bu da subbakalavrların öz təhsillərini bakalavr dərəcəsinə tamamlamaq imkanlarını asanlaşdırır.
Yekun olaraq bildirilib ki, qəbul planındakı dəyişikliklər təhsildə “daha spesifik və daha aktual peşə" prinsipinə əsaslanır.
Çimnaz Telmanqızı
22:20 / 11 Noyabr 2026
1
22:15 / 11 Noyabr 2026
144
22:11 / 11 Noyabr 2026
51
22:07 / 11 Noyabr 2026
56
22:06 / 11 Noyabr 2026
65
21:59 / 11 Noyabr 2026
88
21:45 / 11 Noyabr 2026
73
21:14 / 11 Noyabr 2026
458
21:08 / 11 Noyabr 2026
322
21:05 / 11 Noyabr 2026
106
20:58 / 11 Noyabr 2026
109
20:49 / 11 Noyabr 2026
553
20:47 / 11 Noyabr 2026
100
20:28 / 11 Noyabr 2026
102
20:22 / 11 Noyabr 2026
122
20:19 / 11 Noyabr 2026
103
20:08 / 11 Noyabr 2026
104
19:57 / 11 Noyabr 2026
555
19:49 / 11 Noyabr 2026
135
19:43 / 11 Noyabr 2026
120
19:33 / 11 Noyabr 2026
146
19:19 / 11 Noyabr 2026
192
19:07 / 11 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.