3 avqustda bizi nələr gözləyir? — ULDUZ FALI
02 Avqust 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
479
12.05.2026, 12:47
Bəzi cütlüklər evlilikdən sonra müəyyən problemlərlə qarşılaşırlar.
O problemlərdən ən çox qarşılaşdığımız isə evləndikləri şəxsin anidən dəyişməsidir. İstər kişilər, istərsə də qadınların bəzilərin evləndikdən sonra daha fərqli davranmağa başlayırlar. Əlbəttə ki, bu da qarşı tərəfi narahat edir. Çünki o, evlənməyə qərar verdiyi insanın belə olmadığını düşünür.
Bəs bu dəyişikliyə səbəb nədir?
Psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında bildirib ki, əslində bu dəyişiklik çoxlarının düşündüyü kimi “birdən-birə xarakter dəyişməsi” deyil:
“İlk səbəb münasibətin əvvəlində insanların özlərinin daha qəbul edilən, daha ideal tərəflərini göstərməyə meylli olmalarıdır. Buna psixologiyada “özünü təqdimetmə” deyilir. İnsan sevdiyi şəxsi itirmək istəmədiyi üçün daha səbirli, anlayışlı və diqqətli davranır. Lakin münasibət rəsmi mərhələyə keçdikdən sonra artıq təhlükəsizlik hissi artır və insan maskasız, daha təbii tərəfini göstərməyə başlayır”.
Ekspertin sözlərinə görə, digər səbəb isə gözləntilərlə bağlıdır:
“Evlənənə qədər “romantik münasibət” yaşayan iki insan evlilikdən sonra məsuliyyət, maddi yük, ailədaxili rollar, gündəlik stress, qayğı və kompromislərlə qarşılaşır. Stress altında insanın həqiqi emosional idarəetmə bacarığı ortaya çıxır. Əsəbi, nəzarətçi, laqeyd və ya həddindən artıq tələbkar tərəflər məhz bu mərhələdə görünə bilir.
Bəzən isə problem dəyişməkdə deyil, tanımamaqdadır. İnsanlar sevginin təsiri ilə bəzi siqnalları görməməzlikdən gəlir, “dəyişər”, “sevgi hər şeyi həll edər” düşüncəsi ilə müəyyən davranışları normallaşdırır. Evlilikdən sonra isə artıq həmin davranışlar daha görünən olur. Bu vəziyyət həm kişilərə, həm də qadınlara aiddir. Çünki məsələ cinsiyyətdə deyil, insanın emosional yetkinliyində, şəxsiyyət quruluşunda, münasibət modeli və stresslə baş etmə bacarığındadır”.
Psixoloq qeyd edib ki, sağlam münasibətdə insan dəyişə bilər, amma bu dəyişiklik hörmətin, dəyərin və sevginin azalması hesabına olmamalıdır:
“Əgər evlilikdən sonra bir insan tamamilə fərqli, tanımadığınız birinə çevrilirsə, bu artıq münasibətin dinamikasına daha dərindən baxılmalı olduğunu göstərir. Əslində, evlilik insanı dəyişdirmir, insanın içində olanı daha görünən edir.
Çünki gündəlik həyat, məsuliyyətlər və yaxınlıq maskaları yavaş-yavaş çıxarır. Buna görə münasibətdə təkcə sevgiyə deyil, xarakterə, emosional yetkinliyə, çətin anlarda davranış formasına da diqqət etmək vacibdir. İnsanı ən yaxşı və ya romantik anlarda deyil, stressli və məsuliyyətli dövrlərdə tanıyırıq”.
23:58 / 02 Avqust 2026
111
23:50 / 02 Avqust 2026
3858
23:49 / 02 Avqust 2026
113
23:48 / 02 Avqust 2026
23
23:39 / 02 Avqust 2026
107
23:30 / 02 Avqust 2026
53
23:27 / 02 Avqust 2026
128
22:22 / 02 Avqust 2026
67
21:18 / 02 Avqust 2026
89
21:10 / 02 Avqust 2026
117
20:35 / 02 Avqust 2026
118
20:25 / 02 Avqust 2026
124
20:14 / 02 Avqust 2026
588
20:09 / 02 Avqust 2026
168
19:48 / 02 Avqust 2026
2310
19:47 / 02 Avqust 2026
117
19:43 / 02 Avqust 2026
490
19:32 / 02 Avqust 2026
107
19:32 / 02 Avqust 2026
111
19:27 / 02 Avqust 2026
136
19:24 / 02 Avqust 2026
552
19:00 / 02 Avqust 2026
126
18:54 / 02 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.