BMT Rusiyaya başsağlığı verdi
11 Noyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
666
12.05.2026, 12:43
Rusiya rəsmiləri diplomatik müstəvidə Bakı ilə "strateji tərəfdaşlıq və dostluq" münasibətlərindən bəhs etsələr də, son bir həftədə baş verən hadisələr Moskvanın Cənubi Qafqaz siyasətindəki səmimiliyini ciddi şübhə altına alır. Rusiyanın dövlət kanalı olan "Birinci kanal"da yayımlanan "Vremya pokajet" verilişində Azərbaycan xəritəsinin təhrif edilərək, Qarabağın fərqli rəngdə və qondarma adla təqdim olunması Bakının kəskin reaksiyasına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi bu halı "siyasi manipulyasiya və təxribat" adlandıraraq qarşı tərəfdən rəsmi izahat tələb edib. Lakin bu gərginliyin ardınca mayın 9-da Rusiyanın Ermənistandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda separatçı rejimin qondarma "spikeri" Aşot Daniyelyanın iştirakı Moskvanın siyasi mesajlarının mahiyyəti barədə sualları daha da artırıb.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Rusiyanın ard-arda yol verdiyi bu "səhvlər" əslində təsadüfi deyil, Bakıya qarşı yönəlmiş şüurlu təzyiq cəhdləridir:
"Dövlət televiziyasında xəritənin təhrif edilməsi və diplomatik protokolda separatçı elementlərə yer verilməsi Rusiyanın Azərbaycanın əldə etdiyi tam suverenliyi həzm etməkdə çətinlik çəkdiyini göstərir. Moskva bu cür rəmzi gedişlərlə bölgədəki 'köhnə rıçaqlarını' hələ də əlində saxlamağa çalışdığını nümayiş etdirir. Lakin unudurlar ki, Azərbaycan artıq 30 il əvvəlki dövlət deyil və istənilən təxribata diplomatik və siyasi müstəvidə ən sərt cavabı vermək iqtidarındadır. Bu addımlar 'strateji tərəfdaşlıq' ruhuna tamamilə ziddir və ikitərəfli münasibətlərin etibarlılığını sarsıdır".
Onun sözlərinə görə, Kremlin bu cür manipulyasiyaları Ermənistan daxilindəki revanşist qüvvələrə də yanlış mesajlar ötürür: "Rusiya səfirliyinin qəbulunda separatçı rejimin qalıqlarının boy göstərməsi Ermənistandakı müəyyən dairələrdə 'status-kvo'nun geri qayıda biləcəyi ilə bağlı xəyali ümidlər yaradır. Əslində, Moskva bu cür hərəkətlərlə Ermənistanı öz orbitində saxlamaq üçün 'Qarabağ kartından' sonuncu dəfə istifadə etməyə cəhd göstərir. Lakin bölgədə yaranmış yeni reallıq - Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və separatizmin kökünün kəsilməsi artıq geri dönməz bir prosesdir. Rusiyanın bu 'siyasi səhvləri' yalnız Bakının Moskvaya olan etimadını azaldır və regionda sülh prosesinə mane olur".
Şərhçi qeyd edib ki, Rusiya rəhbərliyi ya yeni reallıqları qəbul edib Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmalı, ya da etibarını itirməklə barışmalıdır: "Azərbaycanın xarici siyasəti kifayət qədər şəffaf və prinsiplidir. Biz heç bir dövlətin daxili işimizə qarışmasına və ya suverenliyimizə kölgə salmasına imkan vermirik. Rusiyanın media və diplomatiya üzərindən həyata keçirdiyi bu isterik gedişlər əslində onun bölgədəki təsir imkanlarının daralmasından xəbər verir. Moskva anlamalıdır ki, Ermənistandakı separatçı tör-töküntüləri ilə təmas qurmaq ona heç bir siyasi dividend qazandırmayacaq, əksinə, bölgənin lider dövləti olan Azərbaycanla münasibətləri dalana dirəyəcək. Bu təxribatlara son qoyulmasa, iki ölkə arasındakı müttəfiqlik bəyannaməsinin bəndləri ciddi şəkildə sual altına düşəcək".
22:20 / 11 Noyabr 2026
1
22:15 / 11 Noyabr 2026
144
22:11 / 11 Noyabr 2026
51
22:07 / 11 Noyabr 2026
56
22:06 / 11 Noyabr 2026
65
21:59 / 11 Noyabr 2026
88
21:45 / 11 Noyabr 2026
73
21:14 / 11 Noyabr 2026
458
21:08 / 11 Noyabr 2026
322
21:05 / 11 Noyabr 2026
106
20:58 / 11 Noyabr 2026
109
20:49 / 11 Noyabr 2026
553
20:47 / 11 Noyabr 2026
100
20:28 / 11 Noyabr 2026
102
20:22 / 11 Noyabr 2026
122
20:19 / 11 Noyabr 2026
103
20:08 / 11 Noyabr 2026
104
19:57 / 11 Noyabr 2026
555
19:49 / 11 Noyabr 2026
135
19:43 / 11 Noyabr 2026
120
19:33 / 11 Noyabr 2026
146
19:19 / 11 Noyabr 2026
192
19:07 / 11 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.